Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda jurnalisti döyüb öldürənlərə 63 il iş istənildi
Bakıda jurnalisti döyüb öldürənlərə 63 il iş istənildi
23 Fevral 2016 / 12:54 / Baxış sayı: 364
Font1 Font2 Font3 Font4

Rasim Əliyevin işi üzrə proses martın 1-nə təyin edilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi olub. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib və o təqsirləndirilənlərə cəza istəyib. 

O,  Elşən İsmayılovun 14, Arif Əliyevin 14, Camal Məmmədovun 12, Samir Mustafayevin 11 il 6 ay və Kənan Mədətovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 1-də davam etdiriləcək.

Rasim Əliyev- ölən jurnalist

Ötən ilin avqust ayının 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Cavid Hüseynov: “Haqqımı kim verəcək?”

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə