Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sabah döyüşə oliqarxların tulaları yox, bizim balalarımız gedəcək…”
“Sabah döyüşə oliqarxların tulaları yox, bizim balalarımız gedəcək…”
23 Fevral 2016 / 13:25 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4

Ermənistanda “Nor Ayastan” adlı ictimai hərəkatın üzvləri İrəvan yaxınlığındakı “Nubaraşen” təcridxanasının qarşısında aksiya keçirməyə cəhd edib. Lakin penitensionar xidmətin işçiləri buna imkan verməyiblər.

“Aravot” qəzetinə istinadən xəbər verir ki, aksiyada məqsəd hərəkatın yanvarın 1-də həbs olunan üzvü Gevorq Səfəryanın  və daha üç hərəkatçının vazadlığa buraxılmasını tələb etmək idi. Yanvarın 1-də Gevorq Səfəryan və bir qrup vətəndaş cəmiyyəti fəalı İrəvanda Şaxta baba geyimində gəzinti təşkil edərkən polis onlara müdaxilə edib. Səfəryan polisə qarşı zor tətbiqi ittihamı ilə həbs edilib.

“Nubaraşen” təcridxanasının əməkdaşları aksiyaya icazə verməyiblər və bildiriblər ki, penitensionar xidmətin ərazisində aksiya keçirmək olmaz. Bu zaman aksiyaçı qadın ərazidəki zir-zibili göstərərək onlara deyib: “Sizin ərazinizdir? Onda ərazinizi təmizləyin, yoxsa Ermənistanda ərazini ancaq zəbt edirlər, ancaq təmiz saxlamırlar? Düzgür, bizim böyük ərazimiz var, ancaq bütün ərazi zibillikdir, insanlardan başlamış parlamentə, prezident iqamətgahına qədər”.

Qadının qəzəbi bununla da soyumayıb, həbsxana işçilərinə deyib: “Patriotizmdən danışırsınız, hanı o patriotizm? Təmiz, gənc insanları həbsə atırsınız, sabah sizin əsgər vətəni qorumayacaq. Sabah vətəni qorumağa oliqarxların tulaları getməyəcək, bizim övladlarımız gedəcək. Hansılar ki, burada saxlayırsınız, həbs etmişiniz”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə