Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyavuş Novruzov nazirləri parlamentə ÇAĞIRDI
Siyavuş Novruzov nazirləri parlamentə ÇAĞIRDI
23 Fevral 2016 / 13:30 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərini tənqid edib. 2016-cı il büdcəsinin yenilənməsinin müzakirəsi zamanı S. Novruzov deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər bu gün iclasda olmalıdırlar.

O qeyd edib ki, bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır: “Bugünkü iclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov burada çıxış etdi, xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak etsin. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması bu mənada düzgün deyil”.

O, spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb. O. Əsədov isə bildirib ki, deputatın tələbi aidiyyəti üzrə çatdırılacaq: “Amma nəzərə alın ki, onların bəziləri cənab prezidentlə birgə İranda səfərdədir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə