Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həbsxanaları boşaltmaq üçün 8 min məhbus azadlığa buraxıldı
Həbsxanaları boşaltmaq üçün 8 min məhbus azadlığa buraxıldı
23 Fevral 2016 / 14:50 / Baxış sayı: 1456
Font1 Font2 Font3 Font4

Nikaraqua hökumətinin bəyanatında həddən artıq dolan həbsxanaları boşaltmaq məqsədi ilə 8 minə yaxın dustağın azadlığa buraxıldığı bildirilir. “RİA Novosti” informasiya agentliyi xəbər verir ki, ümumilikdə həbsxanalardan 5 ilədək həbs cəzası olan 8149 məhbus azadlığa buraxılıb, həmçinin 94 xarici ölkə vətəndaşı cəzasını vətənlərində çəkmək üçün öz ölkələrinə göndərilib.

Məhbusların hamısı 2014-cü ildən başlayaraq azad edilib. Lakin hökumətin məlumatında ölkədə məhbusların hazırkı sayı barədə informasiya verilmir. Nikaraquanın insan haqları üzrə qeyri-hökumət mərkəzinin hesabatına görə, keçən il ölkənin penitensiar müəssisələrində 10,5 min məhbus qeydə alınıb ki, bu da həbsxanaların ümumi tutumundan iki dəfə çoxdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə