Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tikinti işləri zamanı ciddi nöqsan və mənimsəmələr AŞKARLANIB
Tikinti işləri zamanı ciddi nöqsan və mənimsəmələr AŞKARLANIB
23 Fevral 2016 / 18:12 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4

Hesablama Palatası infrastruktur layihələri ilə əlaqədar tikinti xərclərinə dair Milli Məclisə təkliflər təqdim edib.

Dövlət büdcəsində 2013-2014-cü illərdə tikinti xərclərinin icrası müvafiq olaraq 6,9 mlrd. manat və 6,3 mlrd manat olub, 2015-ci ildə isə bu istiqamət üzrə 6,9 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulub. Ayrılmış vəsaitlərin qanunauyğun şəkildə qənaətli və nəticəli istifadəsinə nəzarətin təmin edilməsi məqsədilə Hesablama Palatası tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq dövlət büdcəsinə bərpa edilmiş cəmi vəsaitin nöqsanlar üzrə bölgüsü 2014-cü ildə tikinti ilə bağlı yol verilmiş nöqsanlar üzrə bərpa edilmiş vəsaitin xüsusi çəkisinin 21,0% təşkil etdiyini göstərir.

Bu istiqamətdə yol verilmiş nöqsanların müəyyən qədər aradan qaldırılması mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi vasitəsilə də mümkündür. Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.4-cü bəndinin (dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsi) 3.4.3-cü hissəsinin 4-cü abzasında inşaat materiallarının sifarişçi və podratçı tikinti təşkilatları arasında razılaşdırılmış faktiki dəyərləri (ƏDV-siz) haqqında məlumatların təqdim edilməsi tələb olunur.

Praktikada bu Qaydanın tələbi ilə “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddəsinin tələbləri arasında müəyyən uyğunsuzluq yaranır. Bir tərəfdən “Dövlət satınalmaları haqqında” qanunun “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti” maddəsinə (maddə 27) görə satınalan təşkilat tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini müəyyənləşdirməli, tender zərflərinin açıldığı günədək məxfi saxlamalı və tenderin nəticəsinin qiymətləndirilməsi üçün istifadə etməlidir, digər tərəfdən ehtimal olunan qiyməti təyin edən Qaydalar isə obyektin ehtimal olunan qiymətini (müqavilə qiymətini) müəyyən etmək üçün inşaat materiallarının sifarişçi ilə podratçı tikinti təşkilatları arasında razılaşdırılmış faktiki dəyərləri (ƏDV-siz) haqqında məlumatların olmasını tələb edir.

Başqa sözlə, tender keçirilməsi üçün obyektin ehtimal olunan qiyməti müəyyən edilməlidir, ehtimal olunan qiyməti müəyyən etmək üçün isə podratçı təşkilat olmalıdır. Tender keçirilmədən isə podratçı təşkilatı müəyyən etmək mümkün deyil. Eyni zamanda sifarişçi ilə podratçı tikinti təşkilatlarının öz aralarında inşaat materialları üzrə qiyməti müəyyən etməsi nəticədə korrupsiyaya şərait yaradan hüquqpozmaların baş verməsinə səbəb ola bilər. İki sənəd arasında uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə müvafiq dəyişikliklərin aparılması qeyd olunan mənfi meyllərin aradan qaldırılmasına xidmət etmiş olar.

Eyni zamanda dövlət əsaslı vəsait qoyuluşu hesabına maliyyələşən obyektlərin investor smeta dəyəri 1991-ci ilin qiymətləri əsas götürülməklə “bazis-əmsal” üsulu ilə hesablanır. Bu üsul “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1995-ci il 04 sentyabr tarixli qərarına və həmin qərarın 2-ci bəndinə uyğun olaraq 1995-ci il 22 sentyabr tarixli aidiyyəti orqanlarla razılaşdırılmaqla təsdiq edilmiş “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiqi üzrə metodiki göstərişlər”ə əsasən tətbiq edilir. Lakin ötən 20 il ərzində tikinti sahəsində istifadə edilən tikinti materiallarının tərkibinin dəyişməsi və yeni texnologiyaların tətbiqi nəticəsində yaranan bazar qiymətləri ilə 1991-ci ilədək istehsal olunan tikinti materiallarının və maşın-mexanizmlərin qiyməti, habelə sərf olunan əməyin norma və qiyməti planlı iqtisadiyyata xas olan və qiymət siyasəti ilə tənzimlənən qiymətlər arasında müəyyən fərqlərin olması obyektin smeta dəyərinin hesablanmasında, yerinə yetirilən tikinti-quraşdırma işlərinin həqiqi qiymətinin müəyyən olunmasında çətinliklər yaratmaqla bərabər yeni yaranan əmlakın real dəyərini tam əks etdirmir.

Hesablama Palatası bunları nəzərə alaraq, bu sahə üzrə mövcud normativ sənədlərin təkmilləşdirilməsini, tikintidə bazar münasibətlərinin tələblərinə, habelə beynəlxalq təcrübəyə uyğun olaraq smeta qiymətlərinin hazırlanmasını və tətbiqinin tənzimlənməsini məqsədəuyğun hesab edir.

Qeyd olunan normativ bazanın hazırlanması və tətbiqinin uzunmüddətli proses olduğunu nəzərə alaraq, Hesablama Palatası həmin sənəd hazırlananadək qüvvədə olan “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiqi üzrə metodiki göstərişlər”ə bir neçə əlavə və dəyişikliklərin edilməsini təklif edib. Bildirilib ki, bu metodiki göstərişlərə əlavə olunan “Tikinti-quraşdırma işlərinin dəyərinin 1991-ci il bazis-smeta qiymətlərinə nisbətən artım əmsallarının və müqavilə qiymətlərinin təyini cədvəli”nə əsasən xərclər “Birbaşa xərclər” (material, əmək haqqı, maşın-mexanizmlərin istismarı xərcləri), “Üstəlik xərclər” və “Plan yığımı” adları ilə iqtisadi elementlər üzrə qruplaşdırılıb.

Birbaşa xərclərin bazis-smeta qiymətləri ilə dəyərinin cəminə 15% tətbiq edilməklə üstəlik xərclərin həcmi hesablanır və birbaşa xərclərlə üstəlik xərclərin cəmindən 8% plan yığımı hesablanılmaqla tikinti-quraşdırma işlərinin 1991-ci il səviyyəsində bazis dəyəri hesablanır və bundan sonra göstərilən qaydada təyin edilmiş istinad əmsalları (artım əmsalı) tətbiq edilməklə büdcə vəsaiti hesabına inşa edilən obyektlər üzrə tikinti-quraşdırma işlərinin müqavilə qiymətləri (investor smeta dəyəri) müəyyən edilir.

“Üstəlik xərclər”in və “Plan yığımı”nın 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəlinə faiz ifadəsi ilə birbaşa daxil edilməsi, artım əmsalının süni olaraq artmasına gətirib çıxarır. “Plan yığımı” xərclərinin istehlak fondu, sosial-mədəni və mənzil tikintisi fondu və s. bu kimi sosial tədbirlərə yönəldilməsi, üstəlik xərclərin isə əmək haqqı, materiallar, nəqliyyat, sosial sığorta ödənişləri, amortizasiya ayırmaları, istilik enerjisi, elektrik enerjisi, ezamiyyə xərcləri və digər xərclərin ödənilməsi üçün nəzərdə tutulub. Nəzarət tədbirləri zamanı müəyyən edilib ki, əksər podratçı tərəfindən qeyd olunan təyinatlara vəsaitlər yönəldilib.

Bununla yanaşı, hazırda tikintidə sifarişçi funksiyalarını həyata keçirən müəssisələr ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində hüquqi şəxs statusu olmayan, müstəqil vergi ödəyicisi kimi qeydiyyata alınmayan, bəzi hallarda hüquqi şəxs statusu olsa da vəzifə və funksiyaları dəqiq müəyyən edilməyən və məsuliyyət həddi qeyri-müəyyən olan qurumlar kimi fəaliyyət göstərirlər. Hesablama Palatası hesab edir ki, saxlanılma xərcləri büdcə vəsaiti hesabına maliyyələşən bu “müdiriyyət”lərin iqtisadi münasibətlərin bazar tənzimlənməsi şəraitində hüquqi statusu, əsas funksiya və vəzifələri, məsuliyyət səviyyələri, öhdəlikləri və s. kimi məsələlərin həllini tənzimləyəcək yeni bir normativ sənədin hazırlanmasına da ehtiyac var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə