Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Taleh Bağırov şikayətini geri götürdü
Taleh Bağırov şikayətini geri götürdü
24 Fevral 2016 / 0:48 / Baxış sayı: 430
Font1 Font2 Font3 Font4

Taleh Bağırov şikayətini geri götürdü. Bu barədə Taleh Bağırovun vəkili Cavad Cavadov məlumat yayıb.  “Müsəlman birliyi” adlı təşkilatın rəhbəri Taleh Bağırov Nəsimi rayon məhkəməsinə verdiyi şikayəti geri götürüb. ANS PRESS-in məlumatına görə, bu barədə Taleh Bağırovun vəkili Cavad Cavadov məlumat yayıb. Onun sözlərinə görə, şikayət bu gün geri götürülüb.

Taleh Bağırov ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilmişəməliyyat zamanı həbs edilib. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq təcridxanasında saxlanılır.Ümumilikdə isə “Müsəlman Birliyi” adlı qurumun Bakı və ətraf kəndlərdə 57 nəfər, Gəncə və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü həbs edilib.Hüquqi qeydiyyatı olmayan “Müsəlman Birliyi” adlı qurumun üzvləri Taleh Bağırov və qeyrilərinin barəsində Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidiməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində T.Bağırov və onun mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz qurumun paytaxtla yanaşı, bölgələrdə də təşkilatlanması və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilmiş, mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Taleh Bağırzadə Nardaranda tərəfdarları ilə

Nardaranda nə baş verdi?
Noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Aparılan araşdırmalarla bu məlumat təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar.
Daxili qoşunlar qəsəbəyə nəzarət edir

Daxili qoşunlar qəsəbəyə nəzarət edir
Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər.

 

Nardaranda ölən polislər dəfn edildi (FOTO)

Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb.Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib. Daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Hadisədən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri ə Şeyxülislam Allahşükür Paşazadə həmin polisləri şəhid elan edib.
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə