Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azercell Telekom” 2015-ci ilin yekunlarını ictimaiyyətə açıqladı
“Azercell Telekom” 2015-ci ilin yekunlarını ictimaiyyətə açıqladı
25 Fevral 2016 / 0:51 / Baxış sayı: 1620
Font1 Font2 Font3 Font4

Azərbaycanın mobil rabitə sektorunun flaqmanı Azercell Telekom ötən il boyu fəaliyyətini uğurla davam etdirməyi bacardı. Azercell bu gün də Azərbaycanın lider mobil operatoru olmaqla bazarın 48%-nə nəzarət edir. Bu gün 4.5 milyon nəfər Azercell-in təqdim etdiyi mobil xidmətləri seçir.

Ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə Azercell dövlət büdcəsinə təqribən 123 milyon manat vergi ödəmişdir. Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51% təşkil edib.

Şirkət 60 Ön Masa və Azercell Ekspress ofisləri, 414 rəsmi satış məntəqəsi ilə Azərbaycanda ən böyük müştəri xidmətləri və ən geniş satış şəbəkəsinə malikdir. Azercell texniki nailiyyətlərinə görə də öndədir. Hazırda şirkət regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirmişdi.

Məhz Azercell 2015-ci ildə ilk dəfə olaraq ölkəmizdə keçirilən Avropa Oyunları zamanı multi-operator sisteminin təşkil etmiş əsas rabitə təminatçısı oldu.

Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda da davam edir. Belə ki, şirkət 2015-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 68 milyon manat vəsait yatırıb.

İl ərzində şirkət abunəçilərini yeni və əlverişli kampaniyalarla sevindirdi. Müxtəlif kampaniyalar nəticəsində, 2015-ci il ərzində abunəçilərə verilmiş ümumi bonusların dəyəri 27 mln AZN təşkil etmişdir.

Bunlardan əlavə, ötən il Azercell korporativ Abunəçiləri üçün yeni “Biznes” paketi təqdim olundu. 2015-ci ildə daha 447 şirkət Azercell-i seçərək ölkənin ən böyük mobil operator ailəsinə qoşuldu. SimSim abunəçiləri üçün “Azercell-im” tarif paketini istifadəyə verildi, “Hədsiz” və “Gənc OL” tarif paketləri yeniləndi. GəncOl paketinin istifadəçiləri üçün isə şəhərin müxtəlif restoran və dükanlarında, əyləncə və idman mərkəzlərində inanılmaz endirimlər təqdim olundu.

Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı.

Müştəri xidmətlərinə müxtəlif səbəblərdən gəlmək imkanı olmayan abunəçilər üçün Azercell Azərbaycanda ilk dəfə olaraq unikal Mobil Müştəri Xidmətləri konsepsiyasını təqdim etdi. Səyyar müştəri

xidmətlərinin bölgələrə səfərləri zamanı ölkənin 15 rayonundan 7945 nömrəyə dair müştəri müraciəti yerində cavablandırıldı. Bakıda isə 700-dən çox abunəçiyə evdə və iş yerlərində xidmət göstərildi.

Ötən il bir nöqtədə 3 xidmət tipli Azercell Ekspres ofisləri Hacıqabul, Neftçala, Yardımlı rayonlarında açıldı və bununla da AzEks ofislərinin sayı Azərbaycan üzrə 50-yə çatdırıldı. Tam yeni konsepsiyalı innovativ Azercell Ekspres ofisi isə Bakutel 2015 sərgisində nümayiş olundu və ilk olaraq dekabr ayında Bakıda 28 may, 33 ünvanında fəaliyyətə başladı.

2015-də Azercell tərəfindən istifadəyə verilən və artıq sevilən Bookmate tətbiqi vasitəsilə yarım milyondan çox kitabı istənilən vaxt mobil telefonda və ya planşetdə oxumaq mümkün oldu. Bu gün Bookmate-də 100-dən çox Azərbaycan müəllifinin əsərləri təqdim olunub. Azercell abunəçiləri üçün xüsusi endirimli abunə haqqı müqabilində müxtəlif növ klassik və müasir əsərləri Azərbaycan, Ingilis, Rus, Türk dillərində oxumaq olar.

Yola saldığımız il Azərbaycanda “İlin şirkəti” adını qazanan Azercell, həmçinin, ölkə hüdudlarından kənarda, dünya miqyasında tanınan nüfuzlu Stevie biznes mükafatı ilə də təltif olundu. Azercell Sosial Media üzərindən müştəri xidmətlərinin səviyyəsinə görə MDB məkanında mobil operatorlar arasında ilk dəfə “Socialbakers Engage Award” mükafatına layiq görüldü. 2015-də şirkət növbəti dəfə “Investors in People” (IIP) / İnsana Sərmayə Standartının tələbləri üzrə Gümüş Sertifikatı qazanmış oldu.

19 il ərzində olduğu kimi, 2015-ci ildə də Azərbaycanda ən çox seçilən mobil operatoru Azercell Telekom-un yeni ildə əsas məqsədlərindən bir neçəsi ölkəni keyfiyyətli rabitə ilə təmin etmək, yüksək səviyyəli və peşəkar xidmət göstərmək, yeni texnologiyaları Azərbaycana gətirmək və Sürətli Mobil interneti hamı üçün əlçatan edərək, daim müştərilərin xidmətində olmaqdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə