Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan səfirliyindən əxlaqsız “kukla” açıqlaması
Azərbaycan səfirliyindən əxlaqsız “kukla” açıqlaması
25 Fevral 2016 / 12:18 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4
“Ekspozisiyalarda, doğrudan da etik normalar kobud şəkildə pozulub”. Azərbaycan dövlətinin Rusiyanın Perm şəhərində “Şəkər dağları, neft sahilləri” adlı sərgidə nümayiş olunan əxlaqa zidd gəlinciklərlə heç bir bağlılığı yoxdur. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, səfirliyin müşaviri Vüqar İmaməliyev sərgidə nümayiş edilən ekspozisiyaları fotolarla tanış olublar. 
Azərbaycan nümayəndələri bu sərgidə nümayiş edilən ekspozisiyaları etik normaların kobud formada pozulması kimi qiymətləndirib. V.İmaməliyev açıqlamasında bildirib ki, bu sərginin nə üçün Perm sakinlərinin sərt reaksiyasına səbəb olmasını yaxşı anlayır. Ekspozisiyalar, doğrudan da etik normaların kobud surətdə pozulmasını əks etdirir. O qeyd edib ki, Azərbaycanın müasir incəsənəti haqqında adekvat fikir formalaşdırmır.

Azərbaycanlı rəssamın qalmaqallı gəlincikləri haqda qərar verildi

“Sərgidə əsərləri qalmaqala səbəb olan rəssam Vüsal Rəhimov da Bakıdan heç bir dəstək almayıb”, – deyə səfirlikdən verilən məlumatda qeyd edilir.

Azərbaycanın əxlaqsız “kuklaları” Rusiyada qalmaqal yaratdı (VİDEO 18+)

Qalmaqala səbəb olan sərgi ötən ilin noyabr ayında açılıb. Sərgi izləyiciləri həmin gəlinciklərlə bağlı şikayət ediblər. Permlilərin firkincə, göstərilən bəzi gəlinciklər zorakılığı, seksual və əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır.8-15 noyabr tarixlərində keçirilən sərgi Rusiyanın Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Hələ o zaman Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov PERMM muzeyindəki sərgi ilə bağlı ANS PRESS-ə açıqlamasında bildirib ki, bu tədbirdə iştirak etməklə bağlı hər hansı rəsmi müraciət, təklif və yaxud da tədbir haqqında məlumat daxil olmayıb.

Sərgidə nümayiş edilən gəlincik

Sərgidə nümayiş edilən gəlincik
"Şəkər dağları, neft sahilləri" sərgisi

“Şəkər dağları, neft sahilləri” sərgisi
Rusiyanın məşhur teleaparıcısı İvan Urqant öz verilişi “Veçerniy Urqant”da qalmaqala səbəb olan azərbaycanlı rəssamlardan danışıb. Məşhur teleaparıcının fikrincə, sərgidə bu cür gəlinciklərin nümayişini əxlaqsızlıq hesab etmək olmaz. “Burada nə var ki? Qız uşaqları olan istənilən evdə gəlinciklərin belə instalyasiyasını görmək olar. Bəzən mənim qızlarımın otağında şkaflarda gəlinciklər elə formada atılır ki, mən belə utanıram”.
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə