Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlik 8 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi
Nazirlik 8 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi
25 Fevral 2016 / 12:20 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4

Körpə ikinci əməliyyatdan sonra dünyasını dəyişib. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunda (“OMD” xəstəxanası) vəfat edən 8 aylıq Şamilov Müşfiq Mikayıl oğlu haqqında rəsmi açıqlama verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova məsələnin araşdırılacağını dedi. “Hər bir ölüm hadisəsi kimi, bu hadisə də Nazirliyin nəzarəti altındadır və səbəb araşdırılır”.

Səhiyyə Nazirliyi K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini icra edən baş pediatr Nəsib Quliyev uşağın ölməsini qismət adlandırıb:

Səhiyyə Nazirliyi: “Müşfiq Şamilovun ölümü araşdırılır”

“Biz əlimizdən gələni etdik. Heç kim istəməzdi ki, belə olsun. Amma bir Allahın qismətidir. Uşaq xəstəxanaya ağır vəziyyətdə gətirilmişdi. Onun düz bağırsağı yox idi, hər şey sidik kisəsinə dolurdu. Bundan başqa, uşaqda bir böyrək də olmayıb. Uşaq iki dəfə əməliyyat olunub. Birinci dəfə əməliyyat yaxşı keçib. İkinci dəfə isə əməliyyata girməzdən əvvəl valideynləri ilə danışılıb. Deyilib ki, əməliyyat ağırdır, uşaq ölə də bilər. Onlar əməliyyata razılıq veriblər”, – deyə baş pediatr bildirdi.

Nəsib Quliyev balaca Şamilin qolunun amputasiya olunmasına da aydınlıq gətirərək, onun bədəninin bu cür ağır vəziyyətə tab gətirmədiyini və bunun ətraf toxumalara təsir eytdiyini bildirdi. Onun sözlərinə görə, toxumalar yavaş-yavaş daxilən çürüməyə başlayıb və bu barədə də uşağın anasının məlumatı olub.

Nəsib Quliyev - baş pediatr

Nəsib Quliyev – baş pediatr

Ötən gün vəfat etmiş 8 aylıq Müşviq Şamilovun nənəsi Xanım Şamilova ANS PRESS-ə şikayətində qeyd edib ki, Müşviq Ağsu rayon xəstəxanasında anadan olub və orada uşaq həkimi onlara övladlarında heç bir problemin olmadığını deyib.

“Doğum evlərində uşaqlara düzgün diaqnostika qoyulması üçün xüsusi aparatlar yoxdur”

Ağsu rayon xətəxanasından isə məsələ ilə bağlı bildirdilər ki, uşağın qüsurla doğulduğu haqda valideynlərin xəbəri olub. Xəstəxananın uşaq həkimi İradə Fətəliyeva ötən il anadan olan Müşviqdə düz bağırsağın olmaması diqnanozunu valideynlərinə dediyini vurğuladı. “Uşağın başı, ürəyi, ciyəri sağlam idi, bir tək düz bağırsağı yox idi. Böyrəyinin olub-olmamasını bilmirik, çünki bizdə onu yoxlamaq üçün aparat yoxdur. Amma sonra eşitdim ki, uşağı şəhərə aparıblar, əməliyyat olunub. Daha sonra heç nə eşitməmişəm”, – deyə İradə Fətəliyeva söylədi.

***
8 aylıq Şamilov Müşviqin ölümü ilə bağlı məlumat ötən gün redaksiyamıza daxil olub. Bu barədə uşağın nənəsi ANS PRESS-ə bildirib. O, iddia edir ki, uşaq tam sağlam olub, hətta, xəstəxanadan çıxaranda da onlara belə deyiblər. Amma evə gətirdikdən sonra uşağın vəziyyəti pisləşib, qarnı şişib. Uşağı dərhal Bakıya Elmi-Tədqiqat Pediatriya İnstitutuna (“OMD” xəstəxanası) gətiriblər. Burada ona düz bağırsağının və bir böyrəyinin olmaması diaqnozu qoyulub.

Bundan sonra uşağı bir dəfə cərrah Bakıya Elmi-Tədqiqat Pediatriya İnstitutunun cərrahı Gündüz Ağayev əməliyyat edib. İkinci əməliyyatın da olacağını bildirəm həkim, onun ağır keçəcəyini və fəsadının da ağır olacağını qeyd edib. Uşaq əməliyyatdan çıxsa da, vəziyyəti ağır olduğundan reanimasiyada saxlanılıb. Bir gün sonra uşağın ürəyi fəaliyyətini dayandırıb. Reanimasiyon müdaxilədən sonra ürək fəaliyəti bərpa olunsa da, bu fonda onda pnevmaniya inkişaf edib. Uşağın bir qolundan çürümüş toxumalar götürülüb. Daha sonra uşaq vəfat edib.

8 aylıq Müşfiq Şamilov

Müşviqin əməliyyatdan sonrakı fotosu



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə