Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ter-Petrosyanın nəvəsi Qarabağda xidmət edir?
Ter-Petrosyanın nəvəsi Qarabağda xidmət edir?
25 Fevral 2016 / 14:05 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın nəvəsi Dağlıq Qarabağda hərbi xidmətdədir. Milli.Az Yerevanda çıxan “Joxovurd” qəzetinə istinadən bildirir ki, Erməni Milli Konqresinin sədri, ölkə müxalifətinin faktiki lideri hesab olunan Levon Ter-Petrosyanın böyük nəvəsi Levon Davidoviç Petrosyan hərbi xidmətə Yerevandakı hərbi hissələrdən birində başlamışdı.

Lakin az sonra onu Ermənistan ordusunun Dağlıq Qarabağdakı hissəsinə yollayıblar.

“Müxalifətçilər bunu “Levon Ter-Petrosyanın nəvəsinin hərbi xidmətdən azad olmaq hüququ olsa da o, orduya yollandı” kimi qələmə verirlər. Əslində isə Levon Ter-Petrosyanın yalnız adı xidmətdə keçir, özü isə “mülki həyat”dadır. Levon Ter-Petrosyanın nəvəsi gah Yerevanda, gah da Moskva və Londonda yaşayır. Belədirsə, “nəvənin vətənpərvərliyi” ilə bağlı deyilənlər çox ucuz, eybəcər təbliğat təsiri bağışlayır”, – qəzet yazıb.

Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyan olaya şərh verməkdən imtina edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə