Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda daha bir qumarxananın açılışı oldu – FOTO
Bakıda daha bir qumarxananın açılışı oldu – FOTO
25 Fevral 2016 / 17:33 / Baxış sayı: 1174
Font1 Font2 Font3 Font4

 Nərimanov rayonunda fəaliyyət göstərən «Montana» klubun sahibi Ağdamlı Xanlar obyektinə «Bentley»lə gedib-gəlir
Bakıda hər gün yeni-yeni qumarxanaların fəaliyyətə başladığı artıq total şəkil almağa başlayıb. Əvvədcə Binəqədi rayonunda göbələk kimi çoxalan belə obyektlər, artıq Nərimanov rayonunda peyda olmaqdadır.
Jam.az xəbər verir ki, bu yaxınlarda qumar həvəskarları üçün daha bir məkan istifadəyə verilib. Fətəli Xan Xoyski küçəsində yerləşən «Montana» Klub adı ilə istifadəyə verilmiş məkanın sahibi Xanlardır. Əslən Ağdamdan olan Xanların geniş maddi imkanları ilə yanaşı, həm də güclü məmur dostlarının olduğu deyilir.
İddia olunur ki, Ağdamlı Xanlar məhz pulunun və adamlarının gücünə yeni-yeni qumar məkanları yaradır və qazancını da onu himayə edənlərlə yarı bölür. «Montana» Klubun sahibinin digər qumarxana sahiblərindən fərqi isə onun öz obyektinə bahalı «Bentley» markalı maşınla gedib-gəlməsidir.
Qeyd edək ki, «Montana» Klub hələ bir xeyli əvvəl də qumarxana kimi tanınmışdı. Lakin rəsmi qurumların müdaxiləsindən sonra uzun müddət fəaliyyətsiz qalmalı olmuşdu. Görünür, Ağdamlı Xanların maddi imkanları və geniş əlaqələri bütün əngəlləri aşacaq gücdəymiş.


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə