Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nuşirəvan Səfərovun faiz biznesi
Nuşirəvan Səfərovun faiz biznesi
25 Fevral 2016 / 15:48 / Baxış sayı: 2108
Font1 Font2 Font3 Font4

BŞDYPİ-nin əməkdaşları sürücülərə qənim kəsiliblər

2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən çəkib. 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalıb. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 894 nəfəri isə həlak olub.

Qəzaların əsas hissəsi (1934-ü) yaşayış məntəqələrində baş verən, nəticədə 2710 nəfər zərər çəkib, onlardan 587 nəfər həlak olub, 2123 nəfər isə yaralanıb. 2014-cü illə müqayisədə ölənlərin sayı 25,7 faiz, yaralananların sayı isə 13,6 faiz azalıb. Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verıb. 2014-cü ilə nisbətən hadisələrin sayı müvafiq olaraq, 6,6 faiz, 23,6 faiz və 19,7 faiz azalıb. Yol-nəqliyyat hadisələrinin 43,4 faizi gündüz, 38,0 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş verib. Hadisələrin 30,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. İl ərzində sərxoş sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması zamanı ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə baş vermiş, nəticədə 97 nəfər zərər çəkib.

Belə hadisələrin 92,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. Dövr ərzində yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 32,3 faizi yolda müəyyən edilən hərəkət sürətinin aşılması, 17,4 faizi dayanma, durma və ya parklanma qaydalarının pozulması, 8,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 6,0 faizi yol ayrıcını keçmə, 5,4 faizi piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması, 4,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimələr ödənilib. Bəli, düz eşitdiniz. Ötən il ərzində qaydaların pozulmasına görə 88,5 milyon manat cərimə ödənilib. Təbii ki, sürücülər bu cərimələri ödəməyə məhkumdurlar. Əks halda, onlara yazılan cərimələr ödənmədikdə üstünə faiz gəlir.

Sürücüləri daha çox cərimələyən isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun işçiləridir. Çox hörmətli Nuşirəvan müəllimin işçiləri sürücüləri qaydaları pozmadıqları halda da saxlayıb cərimə yazırlar. Yazıq sürücü canının, daha dəqiq desək, avtomobilinə həbs qoyulmamasının dərdindən cəriməni ödəyir. Amma bəzi sürücülərin maddi durumu aşağı olduğu üçün yazılan cəriməni vaxtında ödəyə bilmir. Və belə olan halda Nuşirəvan müəllimin «sayğacı» işə düşür.

Əgər sürücüyə 60 manat cərimə tətbiq edilibsə, iki aydan sonra bu cərimə şişərək 80 manat olur. Əgər imkansız sürücü bunu ödəyə bilmirsə, cərimə get-gedə şişir, faizlər üst-üstə yığılır. Hazırda bu tip sürücülərin sayı yüzlərlədir. Hansı ki, onlar BŞDYPİ-nin bəzi əməkdaşlarının əlindən dad edirlər. Qeyd edək ki, hörmətli Nuşirəvan müəllimlə heç bir ədavətimiz, qərəzimiz yoxdur. Sadəcə olaraq, onun tabeliyində çalışan yol polisləri qanunlara əməl etmirlər.

Məsələn, 99 YP 348 dövlət nömrə nişanlı maşında xidmət aparan yol polisləri sürücülərə əlavə problemlər yaradırlar. Onlar sürücüləri qaydanı pozmadığı halda saxlayıb cərimələyirlər. Dəfələrlə bu maşında «xidmət» aparan yol polisləri ilə sürücülər arasında mübahisə yaşanıb. Hər dəfəsində Nuşirəvan Səfərovun işçiləri sürücülərə qarşı kobudluq ediblər, hətta nalayiq ifadələr işlətməkdən çəkinməyiblər. Hələ bu başlanğıcdır. Növbəti yazıda BŞDYPİ-nin rəisinin sürücülərə qənim kəsilən işçiləri və faiz biznesi haqda söhbət açacağıq. Bizi izləyin. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə