Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadan Azərbaycanın notasına cavab – “Ermənistan bizim müttəfiqimizdir”
Rusiyadan Azərbaycanın notasına cavab – “Ermənistan bizim müttəfiqimizdir”
25 Fevral 2016 / 19:31 / Baxış sayı: 466
Font1 Font2 Font3 Font4

“Rusiya tərəfdən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir”. Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya Ermənistanla müttəfiq münasibətlərə malikdir. Bu ölkəylə həmçinin hərbi-texniki əməkdaşlığı da inkişaf etdiririk”, – deyə M.Zaxarova bildirib.

O bu faktın Azərbaycanda anlayışla qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. “Rusiya silah tədarükü məsələsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir, müvafiq qanunvericilikdə göstərildiyi kimi, ciddi ixrac nəzarəti sistemi çərçivəsində fəaliyyət göstərir”, – deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin qüvvəyə minməsiylə əlaqədar Rusiya XİN-ə nota ünvanlamışdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə