İRNA agentliyinin məlumatına görə, 290 yer uğrunda 5 minə yaxın namizəd mübarizə aparacaq. Deputatların fəaliyyət müddəti 4 ildir. Parlament seçkisi ilə yanaşı bu gün həmçinin 5-ci çağırış Ekspertlər Şurasına da səsvermə olacaq.
Artıq səsverməyə start verilib. Seçkidə ilk iştirak edənlərdən biri də İran Ali dini lideri Ayətulla Əli Xamanei olub. Paytaxt Tehrandakı seçki məntəqələrindən birində seçkidə iştirakdan sonra keçirilən qısa mətbuat konfransında çıxış edən dini lider iranlılara müraciət edib. “Mən bütün iranlıları seçkidə iştirak etməyə səsləyirəm. Öz hüququnuzdan istifadə edin”.
Səsvermədə seçki hüququ olan 55 milyon isanın iştirakı nəzrədə tutulub. İran parlamenti -İslam Şurası soveti səsvermə nəticəsində formalaşır. 25 faizdən çox səs toplayan namizdlər deputat seçilmək haqqı qazanırlar. Geri qalanlar isə ikinci mərhələdə mübarizəyə davam edir.
Ölkənin Daxili İşlər Nazirliyi seçkini təşkil edir və rəsmi nəticələri açıqlayır.
arxiv.bizimxeber.az