Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elza da İlhaməylə vidalaşdı – “Mənə etdiyi haqsızlıqlara rəğmən…”
Elza da İlhaməylə vidalaşdı – “Mənə etdiyi haqsızlıqlara rəğmən…”
26 Fevral 2016 / 13:04 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4

Xalq artisti İlhamə Quliyeva ilə vidalaşmağa düşmən münasibətdə olduğu həmkarları da qatılıb. 

İ.Quliyeva tərəfindən məhkəməyə verilən Elza Seydicahan vida mərasiminə gəlib. O, İlhamə Quliyevanın ağ çiçəkləri sevdiyini, bu səbəbdən onun üçün ağ çiçək gətirdiyini deyib: “Mən onun böyüklüyünə hörmət olaraq öz kiçikliyimi göstərdim və vidalaşmağa gəldim. O, ağ çiçəkləri sevərdi. Buna görə də ağ rəngli güllər gətirmişəm. Mənə etdiyi haqsızlıqlara rəğmən haqqımı halal etdim ki, o dünyada sorğu-sual olanda ona çətin olmasın”.

Başsağlığı verən bəstəkar-müğənni daha sonra teatrı tərk edib. Xatırladaq ki, Xalq artisti İ.Quliyeva dünən 73 yaşında vəfat edib. Onunla vida mərasimi bu gün Rəşid Behbudov adına mahnı teatrında keçirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə