Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nəvəmin qanını batırdılar”… – ŞİKAYƏT
“Nəvəmin qanını batırdılar”… – ŞİKAYƏT
26 Fevral 2016 / 18:46 / Baxış sayı: 1868
Font1 Font2 Font3 Font4

“Turan”  futbol  klubunun rəhbəri  Vidadi Əhmədovun qardaşı uşaq öldürüb

Azərbaycanda qanunlar  işləmədiyi  üçün  cinayətlərin əsl səbəkarı uzun müddət cəzadan yayına bilir. Daha dəqiq desək, bu ölkədə cinayətkar rüşvət verib asanlıqla polisi, prokuroru, məhkəməni  satın ala bilər.

Əgər belə olmasaydı Milli Təhlükəsizlik Nazirliyində oturan mütəşəkkil cinayətkarların əməlləri bir neçə aydan sonra üzə çıxardı. Ancaq təəssüf ki, şərti adı “MTN işi” olan “banda”nın əməlləri az qala 10 il sonra açılmağa başladı. Onu da deyəsən axıradək açılmağa qoymurlar.

Bu  gün  NUH.az-ın  əməkdaşı ilə telefon əlaqəsi saxlayan təqaüdçü  müəllim  İslam Aslanov bildirib ki, onun nəvəsi  Azad  İslamzadəni  Fikrət  Əhmədov avtomobillə vuraraq öldürüb: “ Fikrət Əhmədov mənim  1-ci sinifdə oxuyan nəvəmi öz avtomobili ilə vurub öldürəndən sonra aparıb  parka atıb. Nəvəmin avtomobillə  vurulmasını tibbi  ekspertiza da təsdiq edib. Ancaq sonradan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin əmri ilə  rəylər dəyişdirilib. Bu işdə prokurorluq  işçiləri də cinayətkarı müdafiə ediblər. Dəfələrlə Baş prokuror Zakir Qaralovun qəbulunda olsam da iş obyektiv aparılmayıb. Onlar  nəvəmin qanını batırıblar”.

Zərəçəkən  NUH.az-ın əməkdaşına onu da bildirib ki, Fikrət  Əhmədov  “Turan”  futbol komandasının rəhbəri Vidadi  Əhmədovun  qardaşıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə