Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xüsusi xidmət orqanları Ketrin Eştonu izləyib
Xüsusi xidmət orqanları Ketrin Eştonu izləyib
27 Fevral 2016 / 10:56 / Baxış sayı: 330
Font1 Font2 Font3 Font4

Almaniya federal kəşfiyyat xidməti (BND) Avropa İttifaqı diplomatiyasının keçmiş rəhbəri Ketrin Eştonu izləyib. Bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi 2009-ci ildən etibarən bir neçə il ərzində izlənməyə məruz qalıb.

Qeyd edək ki, ötən il Almaniya federal kəşfiyyat xidməti tərəfindən 2013-cü ilədək Avropa İttifaqı ölkələrinin səfirlilikləri və digər müttəfiq ölkələrin təsisatlarının izlənməsinin üstü açılmışdı. Almaniya kəşfiyyatı tərəfindən izlənməyə məruz qalanlar arasında ABŞ Dövlət Departamenti, ABŞ-ın Sudandakı səfirliyi və Əfqanıstandakı yüksək rütbəli amerikalı hərbçilər də olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə