Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Telman İsmayılovun məşhur restoranı “qara siyahı”da: söküləcək
Telman İsmayılovun məşhur restoranı “qara siyahı”da: söküləcək
27 Fevral 2016 / 11:21 / Baxış sayı: 446
Font1 Font2 Font3 Font4

Moskva meriyası şəhərdə “qanunsuz ticarət və iaşə obyektlərinin söküntüsünün ikinci dalğasını başlatmağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu dəfə siyahıya hazırda müflis durumda olan azərbaycanlı oliqarx Telman İsmayılovun məşhur SAFİSA şadlıq evi də var.

Moskvada ikinci söküntü dalğasının başlayacağı barədə daşınmaz əmlakdan istifadəyə nəzarət üzrə Dövlət Müfəttişliyi bildirib. Müfəttişliyin rəhbəri Sergey Şoqurov deyib ki, paytaxt hakimiyyəti özbaşına tikintilərə qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə yeni siyahı hazırlanır.

Xatırladaq ki, bundan əvvəl Moskva meriyası metro stansiyalarının qarşısında yerləşən irili-xırdakı 104 obyekti söküb. Onların arasında azərbaycanlılara aid ticarət obyektləri, habelə T.İsmayılovun qardaşı, Moskva rayonlarından birinin keçmiş rəhbəri Fazil İsmayılovun da obyekti var.

“Prestupnaya Rossiya” saytı isə xəbər verir ki, yeni siyahıda SAFİSA restoranının da adı yer alacaq. T.İsmayılov SAFİSA restoranının yerləşdiyi binanı vaxtilə mer Yuri Lujkovun sayəsində alıb və onu dəbdəbəli şadlıq sarayına çevirib.

Həmin sarayda T.İsmayılovun məşhur ad günü ziyafətinin videoları internetdə məşhurdur. Orada Lujkov da çıxış edir və Telmanı “qardaşım” adlandırır. Bildirilir ki, indiki mer Sergey Sobyanin obyektin sökülməsinə, bununla da T.İsmayılovun Lujkovun sayəsində yaratdığı biznes-imperiyasına son nöqtə qoyulmasına qərar verib. T.İsmayılovun bütün mülkləri yüz milyonlarla dollar kredit borclarına görə banklar tərəfindən müsadirə olunub. Təkcə SAFİSA restoranından başqa…



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə