Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etibar Pirverdiyev Türkiyəyə 40 milyon dollar göndərdi, ortaya “əmma” çıxdı
Etibar Pirverdiyev Türkiyəyə 40 milyon dollar göndərdi, ortaya “əmma” çıxdı
27 Fevral 2016 / 12:51 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4

“Azərenerji” QSC Türkiyədən alınan elektrik enerjisi borcuna görə bu ölkəyə 80 milyon dollarlıq borcun birinci tranşını ödəyib, ancaq ortaya “əmma” çıxıb. Məlum olub ki, tərəflər borc protokolunu hələ ötən ilin yanvarında imzalasalar da, protokolu Türkiyə parlamentində ratifikasiya etmək yaddan çıxıb. Nəticədə, “Azərenerji”nin köçürdüyü 40 milyon dollardan istifadə etmək mümkün olmur.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu kazus parlamentin xarici əlaqələr komitəsindəki diskussiyalar zamanı meydana çıxıb. Müxalif CHP-dən olan deputat, partiya lideri Kamal Kılıcdaroğlunun enerji məsələləri üzrə məsləhətçisi Ahmet Akın Azərbaycanla elektrik enerjisi borcunun nizamlanmasına dair protokolun məsələsini qaldırıb. Məlum olub ki, hökumət hələ bu protokolun ratifikasiya olunmadığından xəbərsizdir.

2015-ci il yanvarın 15-də “Azərenerji” ASC və Türkiyənin dövlət elektrik enerjisi operatoru TETAŞ arasında imzalanan borc razılaşmasına əsasən  Azərbaycanın 1991-2014-cü illər ərzində Türkiyədən aldığı elektrik enerjisinə görə (söhbət Naxçıvana verilən elektrik enerjisindən gedir) borcu 122 milyon 800 min dollardır. Naxçıvanın elektrik enerjisi şəbəkəsini Türkiyənin şəbəkəsinə birləşdirmək üçün çəkilən elektrik xərclərinə görə borc isə 395 min dollar təşkil edir. Bununla belə tərəflər danışıqlar apararaq borc məbləğini iki tranşda ödənilmək şərti ilə 80 milyon dollar razılaşdırıblar.

Razılaşma əsasında “Azərenerji” ASC 2015-ci ilin sonuncu kvartalında TETAŞ-ın hesabına 40 milyon dollar köçürüb. Gözlənilir ki, “Azərenerji” ASC ikinci tranşı bu ilin birinci kvartalı ərzində ödəyəcək.

Ancaq Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Sefa Sadıq Aytekin deyib ki, parlament borc protokolunu ratifikasiya etmədiyi üçün TETAŞ həmin vəsaitdən istifadə edə bilməz. Protokol isə baxılmaq üçün parlamentin xarici əlaqələr komitəsinə ancaq fevralın 18-də təqdim olunub. Protokol daha sonra ratifikasiya üçün ümumi səsverməyə çıxarılmalıdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə