Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki uşaq anası intihar etdi
İki uşaq anası intihar etdi
28 Fevral 2016 / 15:45 / Baxış sayı: 188
Font1 Font2 Font3 Font4

Onun psixoloji problemləri olduğu üçün belə bir addım atdığı bildirilir. Zaqatalada intihar hadisəsi baş verib. Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərova özünü yaşadığı evin həyətyanı sahəsindəki talvardan asıb. Onun asılmış meyiti qaynı tərəfindən aşkar edilib.

M. Səfərovanın canına qəsd etməsi onun əsəb xəstəliyindən əziyyət çəkməsi və psixoloji xəstəliyi ilə əlaqələndirilir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
50 yaşlı qadının iki övladı var. Zaqatalada sonuncu intihar ötən ilin noyabr ayının 19-da qeydə alınıb. 1964-cü il təvəllüdlü Pənah Şeyyub oğlu Osmanov özünü işlədiyi Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində asıb. Onun asılmış meyitini birliyin işçiləri səhər işə gələrkən görüblər.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə