Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fevralın son günü: duman, külək, yağış, 17 dərəcə isti…
Fevralın son günü: duman, külək, yağış, 17 dərəcə isti…
28 Fevral 2016 / 17:59 / Baxış sayı: 292
Font1 Font2 Font3 Font4

Fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, hava əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, arabir güclənəcək qərb küləyi əsəcək. Temperatur gecə 2-7° isti, gündüz 11-16° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman, ayrı-ayrı yerlərdə arabir güclənəcək şimal-şərq küləyi proqnozlaşdırılır. Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti təşkil edəcək.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə