Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisi ilə qadın sürücü əlbəyaxa oldu – Bakıda olay
Yol polisi ilə qadın sürücü əlbəyaxa oldu – Bakıda olay
29 Fevral 2016 / 11:25 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4

Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında gərgin anlar yaşanıb. Hadisəni əks etdirən video material yayılıb. arxiv.bizimxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü – qadın onu inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib.

Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.

Qəribəsi budur ki, çox acınacaqlı olan bu mənzərədə təqsirkar təkcə sürücü və ya ona qarşı kobudluq edən polis əməkdaşı deyil, hamıdır. Sürücü qadın təcrübəsizlikdən, cərimə məbləğindən ehtiyat etdiyindən belə edə bilər. Polis əməkdaşı isə əsəbi ola bilər. Lakin onun inspektorun ekipaj yoldaşlarının, qadın sürücünün avtomobilində əyləşmiş kişinin və yolda gülərək olayı seyr edənlərin müdaxilə etməməsi, onları sakitləşdirməməsi təəssüf doğuran mənzərə yaradır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov qafqazinfo-ya bildirib ki, hadisədən məlumatlıdır, hazırda araşdırmalar aparılır: “İlkin əldə olunan məlumata görə, qadın polisin əmrinə tabe olmayıb, onun üzünü cırmaqlayıb. Hazırda həmin polis hospitaldadır. Xanımın əri də maşında olub. Sürücünün sənədi olmayıb. Sürücü isə Xətai rayon məhkəməsində cərimə olunub. Hadisə barədə ətraflı məlumatı isə bir azdan verəcəyik”. Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə