Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropalı rəsmilər Bakıda toplanır
Avropalı rəsmilər Bakıda toplanır
29 Fevral 2016 / 11:47 / Baxış sayı: 148
Font1 Font2 Font3 Font4

Bu gün Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilir. Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir.  İclasda  Azərbaycan nümayəndələri ilə bərabər  Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan,Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Həmçinin ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək nümayəndələri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri qatılır. Toplantıda prezident İlham Əliyev də iştirak edir.

İclasda, həmçinin “Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak edirlər. Görüşdə Gürcüstanın energetika naziri Kaxa Kaladze də  iştirak edir.

İclasda iştirak etmək üçün  Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Azərbaycana  gəlir. Bu barədə İttifaqın Bakı nümayəndəliyindən məlumat verildi.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası - arxiv

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası – arxiv

ANS PRESS-in Avropa İttifaqınınAzərbaycandakı Nümayəndəliyinin saytına istinadla verdiyi məlumata görə, Mogerini Bakı səfəri çərçivəsində prezident İlham Əliyev və Xarici işlər naziri Elmar Məmmədyarovlagörüşəcək.

O, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi gözlənilir. Mogerini Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etdikdən sonra martın 1-də Ermənistana səfərə gedəcək.

İrəvana səfəri çərçivəsində rmənistanda Ermənistan prezidenti Serj Sarkisyan, Xarici işlər naziri Edvard Nalbandyan, parlamentdə müxtəlif siyasi partiyaların üzvləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə