Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada dəhşət: Dayə uşağın başını kəsib “Allahu Əkbər” qışqırdı – YENİLƏNİB
Moskvada dəhşət: Dayə uşağın başını kəsib “Allahu Əkbər” qışqırdı – YENİLƏNİB
29 Fevral 2016 / 14:16 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Moskvada metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə “Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.

Saxlanılan şəxs meyiti yanğın baş vermiş mənzildə tapılan uşağın qətlində şübhəli bilinir. Y. İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.

REN TV-nin məlumatına görə, “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.

Qeyd edək ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb.

Faktla bağlı araşdırma aparılır.

13:44

Moskvada “Oktyabrskoye” metro stansiyasının yerləşdiyi ərazi mühasirəyə alınıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, buna səbəb əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin “Allahu Əkbər” qışqırması olub. Həmin adam qara paltarda olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onun kişi ya qadın olduğunu müəyyən etməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, bir müddət öncə sözügedən metro stansiyasına yaxın ərazidə yerləşən evlərin birində başı kəsilmiş uşaq meyiti aşkarlanıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə