Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naxçıvana hücum edilməsi barədə məlumata aydınlıq – RƏSMİ
Naxçıvana hücum edilməsi barədə məlumata aydınlıq – RƏSMİ
29 Fevral 2016 / 15:05 / Baxış sayı: 1992
Font1 Font2 Font3 Font4

Azərbaycan Müdafiə Nazirliyibəzi KİV-i yalan xəbər yaymaqda ittiham edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanıb.

“Məlumat təqribən iki il əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib. Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələri ermənilərin Naxçıvana hücum etməsi barədə məlumatlar yayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə