Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» əməliyyatı
Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» əməliyyatı
29 Fevral 2016 / 15:10 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4

Sumqayıt İcra Hakimiyyətinin «uşaq bağçası» əməliyyatıŞəhər meriyası milyonlarla vəsaiti göyə sovurmaqla yanaşı, dəftərxana mağazasına çevrilib…

Sumqayıt şəhərinə yeni icra başçısı təyin olunan Zakir Fərəcov gələr, gəlməz bir sıra «yenilik»lərə imza atmağa başlayıb.

Artıq şəhərdə ticarət obyektləri hədəfə alınıb, sahibkarlar incidilir, onların dükanları əllərindən alınır. İndiyə qədər bir neçə dəfə etiraz aksiyaları da keçirilib ki, bunun davamlı olacağı istisna deyil. Politika.Az xəbər verir ki, hələ Eldar Əzizovun vaxtından şəhər İcra Hakimiyyəti milyonlarla vəsaitin silinməsi prosesini həyata keçirib. Elə Zakir Fərəcovun da ondan geri qalacağı inandırıcı görünmür. Ona görə ki, yeni icra başçısı gələr, gəlməz dövlət başçısı tərəfindən ayrılmış 16 milyon manatın «icabı»na baxmağa başlayıb. Şəhərin abadlaşmasına və mənzil fondunun yaxşılaşdırılmasına ayrılmış pulların təyinatı üzrə xərclənib, xərclənməyəcəyi isə sual altındadır. Amma buna qədər Sumqayıt İcra Hakimiyyətinə ayrılmış pulların da aqibəti məlum olub. Politika.Az xəbər verir ki, icra başçısı büdcədən ayrılmış pulun 5000 manatını kopyüter avadanlıqlarının alınmasına sərf edib. Görəsən, şəhər İcra Hakimiyyətinə bu müddətə qədər kompyüter alınmamışdı ki?

Əgər alınmışdısa, bəs, onların aqibəti necə olub? Zakir Fərcovun cavab verəcəyi suallardan biri təsərrüfat mallarının satın alınmasına sərf etdiyi 41606,56 manatla bağlıdır. Maraqlıdır, rəsmi qurumlar təmizlik işləri üçün ayrılmış pulları həqiqətənmi təyinatı üzrə xərcləyiblər? Əgər belədirsə, bəs, o zaman şəhər niyə faktiki biabırçı vəziyyətdədir? Zibillər niyə dizə çıxıb? Politika.Az xəbər verir ki, Zakir Fərəcov məktəbəqədər uşaq müəssisələrində bayram şənlikləri keçirilməsinə də pul ayırıb. Bu işləri «Sokrat» şirkəti 5500 manata reallaşdırıb. Görəsən, hansı bayram şənliklərindən söhbət gedir? Uşaq bağçası müdirlərinin öz ciblərindən və ya valideynlərdən aldıqları pullar hesabına təşkil olunmuş tədbirlərdənmi bəhs olunur? Fərəcovun uşaqlar üzərindən pul qazanma kampaniyası bununla bitməyib. Politika.Az müəyyən edib ki, digər belə «əməliyyat» məktəbəqədər uşaq müəssisələrində guşələrin hazırlanması və quraşdırılması, uşaqlarla məşğələlər üçün kompüterlərin satın alınması yolu ilə reallaşdırılıb. Və 30 min manat pul silinib.

Başqa bir «əməliyyat»ın adı isə «məktəbəqədər uşaq müəssisələrinə mətbəə mallarının satın alınması» olub ki, bu zaman da 5500 manat xərcləndiyi sənədləşdirilib. Amma işlər bununla da bitməyib. Araşdırma zamanı bəlli olub ki, Sumqayıt İcra Hakimiyyəti məktəbəqədər uşaq müəssisələrinə yumşaq inventar, yataq ləvazimaları və xüsusi geyimlərin satın alınmasına 159495 manat, mal-materialların satın alınmasına 80580 manat, inventarların satın alınmasına 138100 manat, avadanlıqların satın alınmasına isə 51140 manat xərclənib. Sumqayıtda təhsil alan uşaqların ərzaqla təmin edilməsi məsələsi də əsl qazanc yerlərindən sayılır.

Və bəlli olur ki, rəsmi sənədlərdə bağçalar üçün ərzaq məhsullarının satın alınmasına 1617884 manat sərf olunub ki, buna da kimsə inanmaz. Burada «xərclənib» sözünü başqa mənalarda da yozmaq olar. Ən azından Sumqayıtdakı uşaq bağçalarının durumunu görənlər bu deyilənləri təsdiqləyə bilərlər. İndi isə keçək lap iri «əməliyyat»lara. Politika.Az xəbər verir ki, Sumqayıt İcra Hakimiyyəti növbəti dəfə təsərrüfat mallarının satın alınmasına 502554,92 manat xərcləyib.

Zibil koneynerinin satın alınmasına çəkilən xərcin məbləği isə 47300 manat olub. Nəsimi parkına mal-materialların alınması üçün isə 10870,25 manat sərf olunub. Amma Fərəcovun zibil qutularına olan sevgisi o qədər böyük olub ki, növbəti dəfə zibil qutularının alınmasına 47 min manat pul ayırıb ki, Sumqayıt şəhərində buna baxmayaraq, hələ də çatışmazlıqlar var. Maraqlıdır ki, Sumqayıt İcra Hakimiyyəti əsl dəftərxana mağazası da sayıla bilər. Ona görə ki, qurum dəftərxana ləvazimatlarının alınması üçün düz 58 min manat pul ayırıb. Bu qədər pula hansı miqdarda dəftərxana ləvazimatı alına biləcəyi yoxlanılarsa, əminliklə iki-üç maşina yük olacağı şübhəsizdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə