Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

80 manat və 4 ballıq cəza ləğv edildi – Sürücülərə ŞAD XƏBƏR
80 manat və 4 ballıq cəza ləğv edildi – Sürücülərə ŞAD XƏBƏR
29 Fevral 2016 / 15:27 / Baxış sayı: 1952
Font1 Font2 Font3 Font4

Martın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün maraqlı ola bilən bir yenilik var. Yeni Məcəllə sürücülərin məsuliyyətə cəlb edildiyi xətalar sırasından “qəza şəraitinin yaradılması”nı çıxarıb. Belə ki, hazırda qüvvədə olan və sabah qüvvədən düşəcək…

Məcələnin 151.3-cü maddəsində “qəza şəraitinin yaradılması” adlanan inzibati xəta var. Onun hüquqi anlayışı belədir: qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi.

Qaynar.info avtosfer.az-a istinadən bildirir ki, bu xətaya görə 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Yeni Məcəllənin 327.3-cü maddəsində və digər normalarında “qəza şəraitinin yaradılması” adlı xəta təsbit edilməyib. Bu, o deməkdir ki, həmin xəta ləğv edilib.

“Qəza şəraitinin yaradılması” xətasının ləğvi tamamilə məntiqli olmaqla, gözlənilən idi. Sürücülərin yolayrıclarında və ya digər yol sahələrində başqa nəqliyyat vasitələrinə yol vermədiyi halda daha tez-tez tətbiq olunan “qəza şəraitinin yaradılması”nın əlamətləri yol verməmənin əlamətlərindən heç nə ilə fərqlənmirdi.

Əksinə, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində “yol vermə”yə verilən anlayışı “qəza şəraitinin yaradılması”nın anlayışı ilə müqayisə etdikdə belə çıxırdı ki, hətta yol verməmə zamanı  üstünlüyü olan nəqliyyat vasitəsinə daha ciddi mane yaradılır, nəinki qəza şəraiti yaradıldıqda. Bu isə aşkar məntiqsizlik idi, çünki qəza şəraitinin yaradılmasının sanksiyası daha sərt idi. Bu xətanın anlayışında və təcrübi tətbiqində başqa problemlər də var idi.

Yeni Məcəllənin layihəsinin müəllifləri də həmin xətanın ləğvi zərurətini müəyyən edərək onu Məcəllədən çıxarıblar. Yeni Məcəllə qüvvəyə mindikdən sonra yolda hərəkət vaxtı konkret hərəkət iştirakçısına mane olan sürücünün törətdiyi qayda pozuntusu etdiyi manevrə uyğun hüquqi qiymət alacaq. Məsələn, yolayrıcını keçərkən üstünlüyə malik nəqliyyat vasitəsinə yol verilmədikdə yolayrıcını keçmə qaydalarını pozma (60 manat cərimə və 3 cərimə balı), eyni istiqamətli zolaqlarda yerdəyişmə zamanı üstünlüyə malik nəqliyyat vasitəsinə mane olma isə əks istiqamətli hərəkət zolaqlarına çıxmadan manevr etmə qaydalarını pozma (40 manat cərimə) kimi qiymətləndiriləcək. Hər bir halda “qəza şəraitinin yaradılması” xətasının ləğvi sürücülərin məsuliyyəti məsələsində hüquqi müəyyənliyi artırmış olur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə