Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Gəncədə ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
29 Fevral 2016 / 15:42 / Baxış sayı: 1988
Font1 Font2 Font3 Font4

«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son beş ildə Gəncəyə 5 tarixi səfər etmişdir. Ölkə başçısının hər gəlişi gəncəlilərə yeni stimul vermiş, çox mühüm layihələrin həyata keçirilməsinə və genişmiqyaslı quruculuq işlərinin aparılmasına zəmin yaratmış, şəhərin görkəmi başdan-başa dəyişmiş, ən sivil şəhərlərlə müqayisə olunacaq bir səviyyəyə yüksəlmişdir. Məhz buna görə hər bir şəhər sakini ölkə başçısına minnətdardır».

Bu sözlər 2015-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səslənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə tarixi səfərindən, eləcə də 2015-ci ildə qazanılmış uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsi ilə çıxış etmişdir.

İcra başçısı Elmar Vəliyev demişdir ki, artıq tarixə dönmüş 2015-ci il dünyada davam edən iqtisadi böhranla müşayiət olunsa da, Azərbaycan üçün ötən ili bütün sahələrdə hərtərəfli inkişaf və tərəqqi, eyni zamanda vətəndaşlara qayğı və diqqətin daha da artırılması ili kimi dəyərləndirmək olar. Bunu Gəncənin də timsalında görmək mümkündür. Belə ki, əvvəllər olduğu kimi 2015-ci ildə də bütün sahələr üzrə göstəricilər yüksəlmiş, infrastruktur layihələri uğurla davam etdirilmişdir. Nəticədə keçən il ümumdaxili məhsul istehsalının həcmi 1,0 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb.

Ölkə iqtisadiyyatının dinamik inkişafı, Gəncə şəhərinin də sosial-iqtisadi həyatını xeyli canlandırmışdır. Şəhər İcra Hakimiyyəti ölkə Prezidenti İlham Əliyevin siyasi kursunu gündəlik fəaliyyətində rəhbər tutaraq, şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlara nail olunması üçün əməli işlər görmüş və təşkilati tədbirlər həyata keçirmişdir. Nəticədə ümumdaxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatmışdır. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsində istehsal olunmaqla 2014-cü illə müqayisədə 5,5 faiz artmışdır. İstehsal olunan məhsulun 63,7 faizi respublika daxilində, 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunmuşdur. İqtisadiyyatda dinamik inkişaf şəhərin sosial-iqtisadi həyatını xeyli canlandırmışdır. Gəncənin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurların əldə olunması üçün əməli işlər görülmüş, təşkilatı tədbirlər həyata keçirilmişdir.

Belə ki, Gəncə çayının sağ sahilində bulvar kompleksi inşa edilmiş, filarmoniya binasının tikintisi davam etdirilmiş, yeni salınmış qəsəbələrdə abadlıq və quruculuq işləri, eləcə də infrastruktur layihələri həyata keçirilmişdir. Bundan başqa şəhərdə mövcud olan park və xiyabanlarda abadlıq və quruculuq davam etdirilmiş, yaşıllaşdırma işləri aparılmışdır. Əvvəllər

olduğu kimi köhnə binaların fasad hissələrinin görkəmində aparılan yenidənqurma davam etdirilmişdir.

Hesabat məruzəsində o da vurğulanmışdır ki, 2016-cı il Gəncə üçün daha əlamətdar olacaqdır. 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Nizami yurdunda bir sıra layihələrin icrası nəzərdə tutulmuşdur. Ölkə başçısının dediyi kimi, bu il avropalılara Gəncənin uğur və nailiyyətlərini daha yaxından tanıtmaq üçün çoxsaylı tədbirlər reallaşdırılacaqdır.

Sonra yığıncaqda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, 30 nömrəli məktəbin direktoru İlham Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin qərb regionu üzrə nümayəndəsi Hacı Tahir Abbasov, Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Şahnaz Haşımova, 39 nömrəli məktəbin direktoru Nizami Rzayev və başqaları çıxış edərək Gəncədə qazanılan uğurları ölkə başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirdilər.

Hesabat yığıncağında çıxış edən Prezident Aparatının məsul işçisi Vəfadar Bağırov Gəncədə aparılan uğurlu işləri şəhər rəhbərliyinin təşkilatçılığı və gəncəlilərin öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirdi. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə