Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərdar Həmidov Tərtərdə dəfn olundu
Sərdar Həmidov Tərtərdə dəfn olundu
29 Fevral 2016 / 15:45 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4

Tərtər rayonunun sabiq icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov bu gün qoruduğu Tərtər rayonunda dəfn edilib.

Onun dəfn mərasimində qardaşı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, Qarabağ müharibəsi iştirakçıları – döyüşçülər, yaxınları iştirak edib.

Xatırladaq ki, ötən gün Sərdar Həmidovun halı qəfil pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Axşam saatlarında isə dünyasını dəyişib.

Sərdar Həmidov müharibə illərində bir çox güllə və qəlpə yarası alıb. Uzun müddət idi ki, səhhətində problemlər var idi.

 

Xatırladaq ki, 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu ərazisini tam şəkildə müdafiə edən, həmçinin düşmən işğalından azad edə bilən yeganə bölgədir. Bundan başqa Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən Sərdar Həmidova Fəxri Fərman verilmişdi.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə