Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DƏHŞƏT: qonşusunu bıçaqlayan direktor qardaşının qəbri üstə özünü öldürdü – YENİLƏNİB
DƏHŞƏT: qonşusunu bıçaqlayan direktor qardaşının qəbri üstə özünü öldürdü – YENİLƏNİB
02 Mart 2016 / 13:25 / Baxış sayı: 952
Font1 Font2 Font3 Font4

Direktorunun meyiti qəbiristanlıqda aşkarlanıb

Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru intihar edib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Veri Əliabad kəndində qeydə alınıb. Kənd orta məktəbinin direktoru Adil Rəhimov kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib. Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

**

13:09

Bu gün Lerikdə baş verən qanlı hadisə ilə bağlı bəzi detallar məlum olub. Lent.az-ın məlumatına görə, kənd sakinləri bildirib ki, iki ailə arasında əvvələr heç bir münaqişə olmayıb. Bıçaqlanan Seyid Qurbanovla onu bıçaqlayan məktəb drektoru Adil Rəhimovun arasında qohumluq münasibətləri olub. Onların arasında mübahisənin nədən yarandığı hələ ki aydın deyil.

 

**

12:57

Lerikdə məktəb direktorunun bıçaqladığı şəxsin kimliyi dəqiqləşib. Lənkəran rayon xəstəxanasından Lent.az-a verilən xəbərə görə, bıçaqlanan şəxs 1976-cı il təvəllüdlü Seyid Balakişi oğlu Qurbanovdur. O, hazırda rayon xəstəxanasında əməliyyatdadır. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

**

 

12:33

Lerikdə qonşusunu bıçaqlayan məktəb direktorunun güllələnmiş meyiti tapılıb. Rayon sakinlərindən birinin Lent.az-a verdiyi məlumata görə, onun meyiti qəbiristanlıqda aşkarlanıb. Hazırda hadisənin qətl, yoxsa intihar olduğu araşdırılır.

**

 

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. Lent.az-ın “Report”a istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

 

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

 

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə