Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abşeronda rüşvəti kim qaldıırb..?
Abşeronda rüşvəti kim qaldıırb..?
02 Mart 2016 / 13:28 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4

İradə Gülməmmədova, Zakir Fərəcov, yoxsa Məhəmməd Həsənov? 

Abşeronun qəsəbə və kəndlərində tikinti işlərində iki hakimiyyətlik yaranıb. Bu barədə AzFakt.com-a Abşeron rayonundan ünvanlanan şikayətdə bildirilir. Prezident İlham Əliyev ölkə məmurlarına dəfələrlə xəbərdarlıq edərək onların vətəndaşlarla kobudluq etməmələrini və korrupsiyadan, rüşvətdən uzaq durmalarını xüsusi olaraq tapşırmasına baxmayaraq, bir çox rayonlarda yenədə məmur özbaşınalığı davam edir. Belə bir rayonlardanda biri də Bakının Abşeron rayonudur. 

Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunduqdan sonra Abşeron rayonuna da İradə Gülməmmədova təyinat aldı. İradə xanım ilk icra başçısı olmazdan əvvəl Abşeron İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışırdı. Yəni rayonu çox yaxından tanıyırdı və bütün problemlərini də bilirdi və hesab olunur du ki, İradə xanım Abşeronun idarə olunmasında ölkə prezidentinin qarşıya qoyduğu vəzifələrin icrasında elə də çətinlik çəkməyəcək. Digər tərəfdən elə ilk gündən hər kəs İradə Gülməmmədovanın Zakir Fərəcovun kadrı olduğunu və Abşeronda yenədə Fərəcovların hakimiyyətinin davam edəcəyini söyləyirdi. Çox təəssüf ki, gözləntilər özünü doğrultdu və ölkənin ilk qadın icra başçısı olan, Abşeron kimi böyük bir rayona rəhbərlik edən İradə xanım, onun haqqında “Zakir Fərəcovun adamıdır”, deyimini heçdə boşa çıxartmadı.
Xanım icra başçısı təyin olunar olunmaz özünə yeni müavini Zakir Fərəcovun bacısı oğlunu gətirtid. Bu təyinatın isə İradə Gülməmmədovun yox məhz Sumqayıtdan gəldiyini desək, yanılmarıq. Zakir Fərəcovun dövründə Abşeronda hər şey bir əldən idarə olnurdusa da indi məsələ bir neçə ələ keçməklə bərabər bir çox qəsəbə kəndlərdə hər kəsin öz ağası, patronu yaranıb. Bu isə Abşeron camaatına qarşı zülmün artmasına gətirib çıxarır. Dərəbəylik bütün sahələri əhatə etməkdədir.
AzFakt.com-a Abşeron rayonundan daxil olan şikayətə görə, bu gün rayonunun bir çox qəsəbə və kəndlərində ev tikmək üçün «icazə» qiymətləri xeyli qalxıb. Şikayətçilər bu qiymət artımının səbəbini isə, icra başçısı İradə Gülməmmədova ilə bağlayırlar. Belə ki, şikayətçilər bildirdiyinə görə, Zakir Fərəcovun vaxtında ev tikməyin «icazəsi» min (1000) manatla, beş min (5000), (yerə görə dəyişir), manat arasında dəyişirdi. İndi isə Abşeron qəsəbə və kəndlərində ev tikməyin «icazəsi» 1500-7000 min manat arasına qalxıb.
Ölkənin iqtisadi durumunun bu ağır vaxtlarda və əhalinin yaşayış səviyəsinin aşağı düşdüyü bir şəraitdə rüşvət qiymətinin artması əhalinin ciddi narazılığınp səbəb olub. Lakin görünür ki, əhalinin yaşayış səviyəsinin aşağı düşməsi İradə Gülməmmədovaya və xanım icra başçısının təşkil etdiyi rüşvət bazarına təsir etmir. Əksinə xanım icra başçısı qiymətləri 30 faiz qaldıraraq əhaliyə olunan zülmü və sosial ədalətsizliyi daha da artırıb. Şikayətçilər bildirir ki, hazırda rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Novxanı, Fatmayı, Görədil kəndlərində ev tikmək istəyənlər icra hakimiyyətinin tikinti şöbəsinə lazım olan qədər vəsaiti ödədikdən sonra istədikləri evi tikə bilirlər. Əgər kimsə iki mərtəbəli ev tikmək istəyirsə, o zaman daha çox hesab verməyə məcburdur.
Rayon sakinləri bildirirlər ki, icra hakimiyyətinin tikinti şöbəsinin işçiləri və qəsəbə, kənd icra nümayəndləri rüşvət qiymətlərinin qalxmasının səbəbini xanım icra başçısı İradə Gülməmmədovadır. Onlar iddia edirlər ki, xanım icra başçısı açıq aşkar, ev tikən vətəndaşların hər biri üçün konkret qiymət qoyur. Ancaq bu qiymət də tikinti şöbəsinin işçiləri və icra nümayəndələri tərəfindən artırılır.

Şikkayətçilər bildirir ki, hazırda Abşeron rayonund a tikinti işlərinə iki qrup nəzarət edir. Birinci qrup keçmiş icra başçısı Zakir Fərəcovun adamlarıdır və həmin qrupa icra başçısının müavini Z.Fərəcovun bacısı oğlu Məhəmməd Həsənov rəhbərlik edir. İkincisi qrupa isə, İradə Gülməmmədovanın özü, daha doğrusu xanım icra başçısının tikinti sahəsinə qeyri rəsmi olaraq gətirdiyi və rüşvət pullaırnı toplayn yeznəsinin rəhbərlik etdiyi deyilir. Hər iki qrupda bir xeyli «qoçu»nun olduğu və bu «qoçu»lar Abşeron rayonnun qəsəbə və kəndlərinə həyata keçirilən tikintiləri siyahıya alıraq əhaliyə göz verib işıq vermirlər.

Görünür Zakir Fərəcov bacısı oğlunu Abşerona başçı müavini gətirməklə Abşerondakı tikinti işlərini tam olaraq öz nəzarəti altında saxlamağa çalışır və bu da İradə Gülməmədovanın maraqlarına cavab vermir. Elə buna görə də xanım icra başçısı özünün ikinci qrupunu yaradaraq əhaliyə göz verib, işıq vermir.

Qeyd edək ki, Abşeron rayonunda tikinti işlərini qəsəbə və kəndlərdə hansı qruplar nəzarət etməsi, həmçinin ay ərazində bu qrupların nə qədər qeyri qanuni vəsait yığması ilə bağlı növbəti sayımızda oxucularımıza təvsilatlı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə