Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“MMX necə rəsmiləşdirilir?“ – Yeni qaydalar
“MMX necə rəsmiləşdirilir?“ – Yeni qaydalar
02 Mart 2016 / 13:37 / Baxış sayı: 7254
Font1 Font2 Font3 Font4

“İnzibati Xətalar Məcəlləsi”-də inzibati tənbeh etmənin (cərimənin) müddəti nə qədərdir? 

arxiv.bizimxeber.az  avtostop.tv-yə istinaən bildirir ki, bu, “İXM”-nin 38-ci maddəsi ilə nizamlanır. Əvvəllər əgər cəriməni 2 ay ərzində yazmalıydılarsa (keçmiş maddəsi İXM 36-cı maddə),indi 38-ci maddə ilə bu müddət 1 ilə qədər artırılıb. Yəni qayda pozuntusu baş veribsə onu 1 il ərzində tədbiq edə bilərlər.

Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə

38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,

qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,

qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Əvvəllər qanunvericiliyə əsasən vətəndaş məsuliyyətdən gizlənib qaçardısa , bu zaman inzibati işin axını 1 ilə qədər dayandırılırdı. İndi isə bu müddət 2 illikdir.

38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu maddələri təhlil etsək görərik ki, əgər siz bir inzibati xəta törətmisinizsə 1 il ərzində sizə cərimə yazıla bilər. Lakin 1 il ötərsə artıq məsuliyətə cəlb edilməyəcəksiniz.

Və qanunun 38.6-cı maddəsinə əsasən sizin qayda pozmağınız xüsusi texniki vasitə ilə müəyyən edilibsə və onu 1 ay ərzində elektron kabinetdə yerləşdirilməyibsə o zaman sizi inzibati məsuliyətə cəlb edə bilməzlər.

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu qayda pozuntularının rəsmiləşdirilməsi isə İXM-nin 122.1-ci maddəsi ilə nizamlanır. Həmçinin İXM-nin 125-ci maddəsinə əsasən elektron kabinetin mütləq yaradılması haqqında göstəriş də yoxdur.

Yəni 38.6-cı madə mütləq elektron kabinet yaradana aiddir deyə qanunda ayırmalar yoxdur. Məsələn Daşkəsən kəndinin Həsənbulaq kəndinin sakini radara düşüb , lakin onun elektron kabineti mövcud deyil.

Bu o deməkdir ki, onun elektron protokolu 3 aydan sonra da vurula bilər ? Əlbətdəki xeyir. İndi keçək əsas məsələyə qanun nə deyir ?

122.1. Bu Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin

proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Yəni siz qayda pozursunuz və sizin qayda pozuntunuz texniki vasitə ilə qeydə alınır və sistemdə yerləşdirilməlidir. Vəssəlam. Bu maddədə sürücü mütləq kabinet yaratmalıdır tələbi yoxdur.

Daha sonra keçirik 125-ci maddəyə. Bu maddədə sürücü necə məlumatlanmalıdır o barədə danışılır.

125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda

yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;

125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;

125.2.2 -də belə bir cümlə var: “həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;”

Yəni sms yazılacaq ki, cərimənə buradan baxa bilərsiniz. Hamı istisnasız olaraq bu barədə xəbərdarlıq alacaq. Və bu xəbərdarlıq 1 ay ərzində alınmazsa (kabinetdə yerləşdirilməzsə) məsuliyyətə cəlb edilməyəcək.

125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.

Yəni bütün mümükün üsullarla sürücü xəbərdar edilməlidir.

Lakin bunun üçün 125.5.-ci maddəyə uyğun olaraq avtomobili qeydiyyata qoyanda mail, telefon kimi ünvanlarınızı mütləq qeyd etməlisiniz. Əgər hansısa mail və ya nömrə dəyişərsə 3 gün ərzində bu barədə DYP-ə məlumat verilməlidir.

Və bu maddənin əsas nöqtəsi: 125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi,

dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

Deməli əgər sizin cərimə sistemdə yoxdursa və onu yerləşdirməyiblərsə yolda saxlayaraq: “Sən Ələt yolunda MMX-a düşmüsən” deyib avtomobili cərimə meydançasına apara bilməzlər.

Ona görə bu maddələri yaxşıca oxuyun, imkan varsa özünüzə elektron kabinet yaradın. Yoxdursa onsuz da sizə ya sms yazacaqlar, ya da ünvana göndərəcəklər. Və Ən əsası qaydanı pozmayın.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə