Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

4 yaşlı uşağın başını kəsən dayə: “Allah əmr etdi!”
4 yaşlı uşağın başını kəsən dayə: “Allah əmr etdi!”
02 Mart 2016 / 13:40 / Baxış sayı: 1104
Font1 Font2 Font3 Font4

Moskvada 4 yaşlı uşağı amansızcasına qətlə yetirməkdə şübhəli bilinən dayə həbs olunub. Bu gün paytaxtın Presnenski Rayon məhkəməsində Özbəkistan vətəndaşı, 1978-ci il təvəllüdlü Gülçöhrə Bobokulova barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Məhkəmə zalında çəkiliş aparan media təmsilçilərinin “4 yaşlı uşağı niyə öldürdün?” sualına G. Bobokulova “Allah əmr etdi” deyərək cavab verib.

Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində “Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.

Məhkəmə G. Bobokulova barəsində psixoloji ekspertizanın keçirilməsi haqqında qərar verib. Hüquq-mühafizə orqanları isə G. Bobokulovanın həyat yoldaşını axtarır. Onun bu cinayətlə əlaqəsinin olub-olmaması araşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə