Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xərçəng xəstəsinə qarşı dələduzluq – “Tuna”dan saxta əmək müqaviləsi
Xərçəng xəstəsinə qarşı dələduzluq – “Tuna”dan saxta əmək müqaviləsi
02 Mart 2016 / 13:54 / Baxış sayı: 264
Font1 Font2 Font3 Font4

Bakıdakı iri şirkətlərdən olan “Tuna”da işçilərlə bağlanan əmək müqavilələrinin saxta olduğu ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, şirkət rəhbərliyi işə götürdüyü vətəndaşlara müddətsiz əmək müqaviləsi adı ilə saxta sənədlərə imza atdırır.

Şirkətin qanunsuzluğu ilə üzləşənlərdən biri də onkoloji xəstəliklərdən əziyyət çəkən Məlahət İbişovadır. O, 4 il çalışdığı şirkətdən qovulduqdan sonra yalnız 1 ilinin əmək stajı kimi yazıldığını öyrənib və bununla bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib. Nizami Rayon Məhkəməsi işi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərib.

Hakim Azər Tağıyevin hakimliyi keçirilən məhkəmə zamanı “Tuna” şirkətinin hüquqşünası Ruslan Muxtarov da sözügedən əmək müqaviləsinin saxta olduğunu təsdiqləyib. Buna görə də iş baxılmamış saxlanılıb və Baş Prokurorluğa, oradan da Nizami Rayon Prokurorluğuna göndərilib. M.İbişovanın sözlərinə görə, Nizami Rayon Prokurorluğu şikayət əsasında saxta “əmək müqaviləsi”nin bağlanması ilə bağlı cinayət işi başlanması və ya zərərçəkmişin hüquqlarının bərpası üçün Nizami rayon, 23-cü polis bölməsinə göndərib. 23-cü polis bölməsinin təhqiqatçısı Pərviz Məmmədov isə işə rədd olunma qərarı verib.

Hazırda işsiz və evsiz olan M.İbişova hüquqlarının bərpa olunmasını istəyir: “2 övladımı 19 ildir ki, tək böyüdürəm. Böyük övladım anadangəlmə 3-cü qrup əlildir. Hər iki övladım Şüvəlan qəsəbəsi 16 saylı internat məktəbinin məzunlarıdır. Qeydiyyatımız Saatlı rayonuna olsa da, evimiz yoxdur. Özüm də onkoloji xəstəyəm. Sosial durumumuz çox pisdir. Aidiyyəti şəxslərdən hüquqlarımın bərpasına kömək etməsini xahiş edirəm”.

Qeyd edək ki, “Tuna” şirkətinin millət vəkillərindən birinə məxsus olduğu bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə