Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elmira Axundovanın ittihamlarına – Cavab
Elmira Axundovanın ittihamlarına – Cavab
02 Mart 2016 / 14:10 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4

Bir müddət əvvəl mətbuatda Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov adlı şəxslər deputat Elmira Axundovanın oğlu Həbib Axundov barəsində bir sıra dələduzluq ittihamları ilə çıxış etmişdilər.

Sözügedən şəxslərin ittihamlarına millət vəkili Elmira Axundova fevralın 18-də məktubla cavab vermişdi. Bu gün isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov kollektiv müraciətlə yazıda qeyd olunan ittihamlara cavab verib. Cavab məktubunu təqdim edirik:

“Bildiririk ki, Həbib Axundov yaxın ailəvi dostu və biznes ortağı olan, hal-hazırda barəsində AR DİN-nin Baş Polis İdarəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi aparılan İbrahimov Elnur Rauf oğlu ilə birgə Fərman Məmmədovdan 575.000 manat borc pul almış (deputat Elmira Axundova bu puldan şikayətlər verildikdən və bu barədə aralarında mübahisələr başlandığı ilk vaxtlarda Fərman Məmmədova şəxsən 250 000 manat qaytarmışdır), Elvin Vəliyevdən 132 000 manat, Elvin Vəliyev vasitəsilə Şahin Məhərrəmovdan 70 000 manat, Fərhad Ağayevdən 115 000 manat, Ziya Vəliyevdən isə 205 000 manat, ümumilikdə 1 097000 manat, o cümlədən bu gün vəzifədə işləyən, lakin işinin itirilməsindən qorxan onlarla şəxslərdən külli miqdarda (məbləği 10 milyonlarla ölçülən, həmin şəxslər sadəcə şikayət etməkdən çəkinirlər) pullar alaraq mənimsəyiblər. Bu günədək həmin məbləğlərin Fərman Məmmədova qaytarılan 250 000 manat hissəsi istisna olmaqla qalan pullar qaytarılmayıb.

Göstərilən pulları bizdən Həbib Axundov və Elnur İbrahimov bizdən birgə biznes qurmaq adı ilə, yəni ofis ləvazimatlarının ölkəyə gətirilməsi və satışı məqsədilə alıb. Həbib Axundov bu məbləğləri alarkən anası Elmira Axundova tərəfindən göstəriləcək dəstək nəticəsində bütün dövlət qurumlarına, özəl şirkətlərə və ədliyyə- məhkəmə sisteminə tenderlərlə əldə edəcəyi layihələrdən istifadə etməklə çoxlu qazanc əldə edəcəyi barədə şirnikləndirici təklifləri ilə həyata keçirib.

Bizim inam və etibarımızdan sui-istifadə edərək aldıqları külli miqdarda vəsait hesabına özlərinə cah-cəllalı şərait qurmaları, daşınan və daşınmaz əmlaklar əldə etmələri o cümlədən öz adlarına “Abşeron” Mənzil-Tikinti Kooperativindən Elmira Axundova və oğlu Həbib Axundovun bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də dəyəri hər kv.m təxminən 4000-4500 manat olan və ümumi dəyəri 1 665 000 (təmirsiz vəziyətdə) iki mənzil və avtomobil üçün dayanacaqları ilə birlikdə almaları barədə müraciətlərimizə Elmira Axundova tərəfindən cavab verilib.

Elmira Axundova həmin əmlakların ona xidmətləri və gördüyü işlərə görə bağışlandığını bildirib. Görəsən, Elmira Axundova ona “bağışlanan” dəyəri milyonlarla ölçülən əmlakına görə vergi orqanına vergi ödəyibmi?

Elmira Axundova bildirir ki, oğlu Həbib Axundov 12 ildir ki, biznes fəaliyyəti ilə məşğuldur və bu biznesindən külli miqdarda pullar qazanır.

Həbib Axundov 1985-ci il təvəllüdlüdür, 12 il ərzində biznes fəaliyyətini nəzərə alsaq, həmin dövr 2003-2015-ci illəri əhatə edir. Həbib Axundovun 01.12.2006-cı ildən 01.07.2015-ci ilədək Dövlət Gömrük Komitəsində işlədiyini və hər ay 486 manat əmək haqqı aldığını nəzərə alsaq, Elmira Axundovanın istinad etdiyi “biznes şəbəkəsinin” nədən ibarət olduğu hamıya gün kimi aydındır. Bir faktı qeyd etməliyik ki, Dövlət Gömrük Komitəsinin əməkdaşının biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan edilir. Axundovun hansı külli miqdarda pul qazanmalarının göstərilməməsi və həmin salonun hesabına göstərilən əmlakların əldə edilməsi reallıqdan kənardır.

O həmçinin qeyd edib ki, Elnur İbrahimov beynəlxalq axtarışa verilib, o əslində istintaqa mane olmur. Həm Elmira Axundovanın və həm də sizlərin nəzərinizə çatdırıram ki, AR Daxili İşlər Nazirliyinin İNTERPOL-un Milli Mərkəzi bürosunun 2016-cı ilin fevral ayı ərzində rəsmi məktubuna əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən İbrahimov Elnur Rauf oğlu İNTERPOL kanalları ilə axtarış olunmayıb. Budurmu Elmira Axundovanın cəmiyyəti inandırmağa çalışması və cəmiyyəti çaşdırması? Bir sözlə “qəhrəman” İbrahimov Elnur Rauf oğlu hələ də havadarları tərəfindən ciddi cəhdlə qorunur.

Elmira Axundova həmçinin zərərçəkənlərdən biri, Şahin Məhərrəmovun guya ölkə prezidentinə və digər orqanlara ünvanlanmış kollektiv müraciətimizdəki imzanın ona məxsus olmadığı və bu barədə ölkə rəhbərinə notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim edərək bu faktı ifşa etdiyini qeyd edib. Bildiririk ki, Həbib Axundovun Şahin Məhərrəmova vurduğu 70 000 manat zərər məbləğindən onun tərəfindən qaytarılacağı barədə verdiyi yalan vədə inanaraq və bu inamı yaratmaq üçün ona verdiyi 3 500 manat pul müqabilində aldadılaraq belə bir ərizə ilə ölkə prezidentinə müraciət etdiyi məlum olub. Şahin Məhərrəmov Həbib Axundov tərəfindən aldadılaraq belə bir ərizəyə imza etdiyini bildikdən sonra təkrar notariat kontoruna müraciət edərək həmin ərizəsini ləğv etmiş və bu barədə özü ətraflı şəkildə prezidentə, Milli Məclisin sədrinə və digər direktiv orqanlara və şəxslərə müraciət edərək Həbib Axundov tərəfindən aldadıldığını bildirib.

Millət vəkilinin diqqətinə çatdırırıq ki, DİN-nin Baş Polis İdarəsində Elnur İbrahimovun barəsində aparılan cinayət işi üzrə biz hamımız zərərçəkənlər qismində tanınmışıq. Lakin, nədənsə Həbib Axundov Elnur İbrahimovun tezliklə tapılıb istintaq orqanına təqdim edilməsi əvəzinə bizi məhkəmələrlə, son dövrlər isə bizim barəmizdə cinayət işinin qaldırılmasına çalışacağını bildirməklə zərərçəkən kimi bizim deyil, barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi aparılan Elnur İbrahimovun “himayədarı” yerində çıxış edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə