Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda 22 manatlıq avtomobil nömrəsini 25 minə satırlar – FOTOLAR
Azərbaycanda 22 manatlıq avtomobil nömrəsini 25 minə satırlar – FOTOLAR
02 Mart 2016 / 14:19 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4
Dövlət nömrə nişanlarının açıq satışı daha da genişlənir
Saytların birində avtomobil nömrələrinin satışı təhkil olunub. Artıq həmin saytda 930 nömrə satışa çıxarılıb. Avtosfer.az-ın məlumatına görə, bu və bir neçə buna bənzər saytda nömrə nişanları açıq aşkar satışa çıxarılır və hər bir satıcı öz mobil telefon nömrəsini və ad-soyadını qeyd edərək müştəri axtarır.
Nömrələr arasında o qədər də diqqət çəkməyənlər də var, lakin kifayət qədər diqqətçəkən və bahalı nömrələrə də rast gəlmək mümkündür. Əməkdaşımız həmin nömrə satanların bir neçəsi ilə əlaqə saxlayaraq nömrəni bir az ucuz satmağı xahiş etsə də, istəyinə nail ola bilməyib. Nömrə satanlar bildiriblər ki, devalivasiyadan sonra nömrəni aldıqları qiymətdən qat-qat ucuz satırlar. «Nömrəni haradan baha almısınız» sualına isə «Dövlət Yol Polisindən» deyə, cavab veriblər.

Azərbaycan qanunvericiliyinə görə, nömrə nişanları rəqəmlərin və hərflərin kombinasiyasına görə 2500 manatdan baha satılmır. Yəni, ən bahalı nömrənin dövlət qiyməti 2500 manatdır. Məsələn, aşağıdakı siyahıda 25 min manata satışa qoyulan 10-GG-020 nömrə nişanının dövlət qiyməti 22 manatdır.

Kimsə iddia edə bilər ki, bu, mənim şəxsi əmlakımdır və istədiyim qiymətə sata bilərəm. Lakin adından da göründüyü kimi, bu, dövlət nömrə nişanıdır və dövlətin qoyduğu qyimətdən baha satılmamalıdır. Həm yol polisi, həm də vətəndaşlar tərəfindən nömrənin baha satılmasına görə məsuliyyət nəzərdə tutulmalıdır. Hər halda, 22 manatlıq nömrəyə 25 min manat qiymət qoymaq gülünc və biabırçılıqdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə