Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil sistemində 170 min manatlıq mənimsəmə – KORRUPSİYA
Təhsil sistemində 170 min manatlıq mənimsəmə – KORRUPSİYA
02 Mart 2016 / 16:36 / Baxış sayı: 658
Font1 Font2 Font3 Font4

Faktla bağlı cinayət işi açılıb 

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və  sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizimxber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə