Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercell-lə sərfəli internet hər yerdə
Azercell-lə sərfəli internet hər yerdə
02 Mart 2016 / 18:56 / Baxış sayı: 224
Font1 Font2 Font3 Font4

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom mobil internet istifadəçiləri üçün çox sərfəli təkliflə çıxış edir. Belə ki, 2 mart tarixindən etibarən “Azercell-dən 4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində 4G MiFi cihazını alan abunəçilərə ilk ay LİMİTSİZ internet paketi təqdim edilir.

Nəticədə, abunəçi 80 AZN ödəməklə, 4G MiFi + 4G dəstəkli Simsim DATA nömrə + bir aylıq LİMİTSİZ internet paketinə sahib olur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir ki, bu da abunəçiyə rahat şəkildə internetdən istifadə imkanı yaradır. Qeyd edək ki, verilən hədiyyənin istifadə müddəti 30 gündür.

Hədiyyənin həcmi 30 gündən tez bitərsə, Azercell abunəçisini yenə də internetsiz qoymur. Belə ki, abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər. Bu zaman sadəcə internetin sürəti azalır. Hədiyyə müddəti bitdikdən sonra abunəçi növbəti ay üçün mövcud internet paketlərindən birini sifariş edə bilər. Bunun üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir.

Xidmətə qoşulmuş nömrədə digər xidmətlərdən (SMS və s.) istifadəyə görə xidmət haqları nömrədə mövcud olan tarif paketinə əsasən hesablanır. Nömrədə hər hansı digər tarif paket aktiv edilməyibsə, bu halda tarifləşmə fakturasız (SimSim) xətt sistemində mövcud olan “Azercellim” tarif paketinə uyğun aparılır. Onu da qeyd edək ki, kampaniya çərçivəsində abunəçi ikinci ay cəmi 10 AZN ödəməklə 10 GB internet paket əldə edə bilər. Bunun üçün abunəçi müvafiq SERFELİ açar sözü 2525-ə göndərilməlidir.

Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Azercell nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Azercell bundan sonra da abunəçilərini sərfəli tarif paketləri və yeni cəlbedici kampaniyalarla sevindirməkdə davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə