Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistanda polis rəisləri kütləvi şəkildə işdən çıxarıldı
Ermənistanda polis rəisləri kütləvi şəkildə işdən çıxarıldı
03 Mart 2016 / 14:00 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4

Ermənistanda polis rəisləri cinayətkar aləmin tanınmış üzvləri ilə əlaqə saxladıqları üçün tutduqları vəzifədən azad ediliblər. “Report” xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

“Polis rəislərinin tutduqları vəzifədən azad edilmələrinə səbəb cinayətkar aləmin tanınmış üzvlərindən olan Tevos Safaryanla (Tevosik) birlikdə deputatlardan birinin ad günündə iştirak etmələridir. Başqa sözlə, polis cinayətkar aləmin tanınmış üzvü ilə əlaqə saxlayarsa, o, vəzifə borcunu qanunun tələbləri səviyyəsində yerinə yetirə bilməz”, – erməni KİV-i vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistanın 4 bölgəsinin polis rəisi, eləcə də DİN-in Pasport Qeydiyyatı İdarəsinin bütün əməkdaşları işdən azad ediliblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə