Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərkəzi Bankın bəzi səlahiyyətləri əlindən alındı
Mərkəzi Bankın bəzi səlahiyyətləri əlindən alındı
03 Mart 2016 / 14:17 / Baxış sayı: 408
Font1 Font2 Font3 Font4

Səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldıldı. Səlahiyyətlərin bir qismi bir müddət öncə yaradılan yeni quruma –  Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir abzasındakı “Mərkəzi Bank” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözü ilə əvəz edilib. Qiymətli kağızlarla bağlı bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Sənəd Milli Məclisin martın 4-də plenar iclasına tövsiyə olunub.

Bundan öncə isə Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti əlindən alınıb. Azərbaycanda mərc oyunlarına nəzarət edən qurum dəyişib. Bu funksiya yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” verilib.

Adıçəkilən qurum fevral ayında prezidentin sərəncamı ilə yaradılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib və Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə