Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

3 uşağının qarşısında güllələdi, intihar etdi – Lerikdəki qətlin təfərrüatları
3 uşağının qarşısında güllələdi, intihar etdi – Lerikdəki qətlin təfərrüatları
03 Mart 2016 / 16:38 / Baxış sayı: 538
Font1 Font2 Font3 Font4

Baş Prokurorluq Lerikdə orta məktəb direktoru Adil Rəhimovun iki nəfəri bıçaqlaması, daha sonra intihar etməsi faktı ilə bağlı məlumat yayıb.

Qurumdan AzNews.az-a daxil olan məlumata görə, martın 2-də Lerik rayonunun Veri-Əliabad kənd sakini Adil Rəhimovun həmkəndlisi Seyid Qurbanovu odlu silah və bıçaqla qəsdən öldürməyə cəhd etməsi və özünü öldürməsi faktlarına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç ayzaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açmış, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirib.

A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk edib. Bundan sonra, A.Rəhimov kənd qəbiristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar edib. Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə