Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyevlə Dmitri Roqozinin “xüsusi xarakterli” görüşündən – Foto
İlham Əliyevlə Dmitri Roqozinin “xüsusi xarakterli” görüşündən – Foto
03 Mart 2016 / 17:00 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşüb. D.Roqozin özü sosial şəbəkədə məlumat yayıb.

O, ölkə başçısı ilə şəklini paylaşaraq belə şərh edib: “Dost ölkə Azərbaycanın lideri İlham Əliyevlə müsbət danışıqların nəticələri üzrə görüşümüz…”

***
10:33

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşəcək.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Dmitri Roqozinlə yanaşı “Rosoboroneksport” və Hərbi-texniki əməkdaşlıq federal xidmətinin nümayəndəsi də Bakıya gəlib.

Məlumata görə, Dmitri Roqozinin ölkəmizə səfəri “xüsusi xarakter” daşıyır və öncədən planlaşdırılmayıb. Görüş əsnasında Azərbaycanla Rusiya arasında illər öncə imzalanan silah müqavilələrinin həyata keçirilməsi məsələsi gündəmdə olacaq. Eyni zamanda görüşdə Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah krediti ayırması məsələsinin də müzakirə olunacağı istisna olunmur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə