Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərhum direktoru müavini əvəz edir – RƏSMİ
Mərhum direktoru müavini əvəz edir – RƏSMİ
03 Mart 2016 / 17:50 / Baxış sayı: 408
Font1 Font2 Font3 Font4

Lerik rayonu, Veri Əliabad kənd orta məktəbinin qonşusunu bıçaqlayaraq intihar edən direktoru Adil Rəhimovun səlahiyyətlərini hazırda məktəbin tədris işləri üzrə direktor müavini əvəz edir.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin məktəbə nazirliyin heç bir nümayəndəsi göndərilməyib, faktla bağlı istintaq orqanları məşğul olur. Lerik Rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, tədris işləri üzrə direktor müavini məktəbdə ibtidai sinif müəllimi kimi də işləyən orta ixtisas təhsilli Alxasov Vaqif Əzizəli oğludur.

Xatırladaq ki, Veri Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov qonşusu Seyid Balakişi oğlu Qurbanovu bıçaqladıqdan sonra kənd qəbiristanlığında şəhid qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə