Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azəryolservis” Nəqliyyat Nazirliyindən razılıq almalı olacaq
“Azəryolservis” Nəqliyyat Nazirliyindən razılıq almalı olacaq
04 Mart 2016 / 10:45 / Baxış sayı: 304
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilib. 

Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizamnaməyə əlavə edilmiş yarımbəndlərə əsasən, İdarə Heyəti Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Nəqliyyat Nazirliyinə müraciət edir.

Aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərari isə İdarə Heyəti qəbul edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə