Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha hansı icra başçıları… kobudluq nümayiş etdirir?
Daha hansı icra başçıları… kobudluq nümayiş etdirir?
04 Mart 2016 / 12:40 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə iki rayonun – Laçın (Akif Səlimov), Cəbrayıl (Mahmud Quliyev) icra başçısı postu ilə vidalaşdı və arxivə qərq oldu.

Ardınca yeniliyə imza ataraq məlum sərəncamı rəsmi şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev aşkar şəkildə bəyan etdi ki, vəzifədən uzaqlaşdırılan sözügedən icra başçıları öz fəaliyyətlərini cənab Prezidentin qarşıya qoyduğu tələblər səviyyəsində qura bilməmiş, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökarlıqdan uzaq hərəkətlərə yol vermişlər və sairə…

Əslində Zeynal Nağdəliyevin dediklərini hər gün mətbuat yazır. İcra başçılarının rayon sakinlərinə göstəridiyi ögey münasibət ümumiyyətlə, əməlləri ilə dövlətin aparığı siyasətin gözdən salınmasına xidmət kimi qiymətləndirilən bu kimi hallar barədə mətbuat yazır və yazmaqda davam edir.
Cəbrayılın icra başçısı Mahmud Quliyev 10 ildən artıq bir müddətdə icra başçısı oldu. Eləcə də Akif Səlimov… Və sonda bəlli oldu ki, onların fəaliyyəti uğur deyilmiş. Elə isə daha bir maraqlı məqam…

Əcəba, daha hansı rayon icra başçıları Zeynal Nağdəliyevin yuxarda soylədikləri (vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərmiş, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirmiş, təvazökar) kimidir? Onların vəzifədən uzaqlaşdırılması üçün nələr lazımdır?

arxiv.bizimxeber.az-ın kiçik araşdırması zamanı bəlli olub ki, Rafil Hüseynov – 60 yaş (Masallı), Ənvər Seyidəliyev – 62 yaş (Ağsu), Adil Məmmədov – 60 yaş (Qobustan), Əhməd Muxtarov (Hacıqabul) – 61 yaş, Şəmsəddin Xanbabayev 73 yaş (Xaçmaz), Nazim İsmayılov 60 yaş – (Sabirabad) və əksərinin 60 yaşı artıq çoxdan keçib. Bu yaşda rayon idarə etmək olarmı? Axı bu icra başçılarının hansı özəl qabiliyyətləri var ki, onlar hələ də bu ciddi postda saxlanılır?

Və yaxud Bərdə (Vidadi İsayev), Qəzənfər Agayev (Astara), Tahir Kərimov (Salyan), Rövşən Bağırov (Lerik), Eyvaz Qurbanov (Oğuz), Süleyman Mikayılov (Qaradağ), Taleh Qaraşov (Lənkəran), Məmmədov Raqub (Ağdam) kimi icra başçılarının fəaliyyəti gözə görünməz bir ruh halını alıb. Mətbuata qapalı, rayon sakinlərinə sayğısız, insanlar arasında hörmətsiz biri kimi tanınan bu şəxslərin dəyişdirilməsi o qədərmi çətindir?

İndiki halda Azərbaycan prezidenti İlham Əliyev üçün gözlənilmədən 20 rayonun icra başçısını dəyişmək elə də çətin məsələ deyil. Bir sərəncam yetər ki, onlar tarixin arxivi olsunlar. Nəticədə heç bir icra başçısı səsini belə çıxara bilməz. Çünki, bir az sərt səslənsə də, reallıqda əksər icra başçıları yerində deyil və ya iş funksiyasını çoxdan itiriblər.

Yəqin ki, icra başçılarının vəzifədən uzaqlaşdırılması prosessi davam edəcək və bu da cəmiyyətə, dövlətə və gələcək inkişafa böyük uğur gətirəcək. Yeni, gənc və prespektivli kardların bu kimi postlara yerləşdirilməsi Azərbaycana böyük gələcək vəd edir…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə