Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallı sakini özünü öldürmək istəyir – qərar var, icra edən yox
Masallı sakini özünü öldürmək istəyir – qərar var, icra edən yox
04 Mart 2016 / 13:20 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4
Masallı rayon sakini Ağayev Elnur Azər oğlu özünü öldürmək istəyir. Bu barədə Qaynar.info-ya o, özü məlumat verib. 1992-ci il təvəllüdlü Elnur Ağayevin intihar etmək istəyinə dələduzluğa məruz qaldıqdan sonra dövlət orqanlarının dərdinə əlac etməməsi olub: “Mən Moskva Univermağında satıcı işləyərkən Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu etibarımdan sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarımı alıb və geri qaytarmayıb. Məcbur olub Masallı rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə Zaur Məmmədovun mənə 3700 dollar ödəməsi ilə bağlı qərar qəbul etdi”.
Lakin Elnur Ağayev indiyədək pulunu ala bilməyib. Ötən ilin 3 avqustunda Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyev şikayətçiyə bildirib ki, Zaur Məmmədovun yerini hələ də müəyyənləşdirə bilməyiblər. Zərərçəkən icraçıdan bu cavabı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun cavabı da təxminən eyni olub. Elnur Ağayev məsələ ilə bağlı dəələrlə Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə şikayət edib və nazir Ramil Usubovun adına məktub yazıb. Lakin dövlət orqanları hələ də məhkəmə qərarını icra etməyib. Çarəsiz qalan Elnur Ağayev özünü öldürmək istəyir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə