Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Havalar kəskin dəyişəcək – Proqnoz
Havalar kəskin dəyişəcək – Proqnoz
04 Mart 2016 / 14:22 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4

Bakı və Abşeron yarımadasında martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 6-sı gün ərzində, 7-si isə gecə və səhər şimal-qərb küləyinin güclənəcəyi, martın 6-da axşam, 7-də isə gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakuinfo.Az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Martın 6-da qərb rayonlarından başlayaraq 8-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Martın 6-da qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə enəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə