Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qumarxanalar haqda açıqlama: “Baş İdarənin əməkdaşı onlara “krışalıq” edir”
Qumarxanalar haqda açıqlama: “Baş İdarənin əməkdaşı onlara “krışalıq” edir”
04 Mart 2016 / 15:46 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4

“Uzun müddətdir ki, mənə olan çoxsaylı müraciətlərdən başa düşdüm ki, ölkədəki qumarxanalar bir çox ailələri bədbəxt edib. Məhz buna görə bir müddət idi ki, Bakıda, faktiki olaraq qumarxanalar kimi fəaliyyət göstərən lotoxanalar, internet klublardakı kazinolar barədə məlumat toplayırdım. Topladığım məlumatlar əsasında gəldiyim nəticəni sizinlə bölüşürəm”.

AzNews.az xəbər verir ki, bu haqda tanınan hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə yazıb.

“Konkret orqanların, şəxslərin adları mənə bəlli olsa da, burada onu göstərməyəcəm, çünki bu mafiyanın gücünə bələdəm. İmkandan istifadə edib böhtan atmışam deyə, asanlıqla məni həbs etdirərlər. Ancaq verdiyim məlumatdan istənilən hüquq-mühafizə orqanlarına, ölkə rəhbərliyində təmsil olunanlara həmin orqanlar və şəxslər aydın olacaq. Zatən əminəm ki, aydındır, çünki söhbət milyonlardan gedir”,-deyə A.İsmayılov bildirib.

Hüquqşünasın sözlərinə görə, Bakı şəhərində 60-a yaxın belə qumarxana fəaliyyət göstərir və bunu bilən hüquq-mühafizə orqanları onlardan haqq alırlar.

“Bakı şəhərində mərkəzi güc strukturlarına aid olan bir Baş İdarənin konkret əməkdaşı həmin qumarxanalara kuratorluq edir və hər ay lotoxanalardan 15 min manat, internet klublardan, quraşdırılımış aparatlara uyğun olaraq 5-10 manat haqq alır. Bundan əlavə, hər rayonun bir hüquq-mühafizə orqanının idarəsi də həmin obyektlərdən aylıq 5 min manat haqq alır. Bölmələrə bu işə qatılmaq qadağan olunub. Bu obyektlər onların ərazisində fəaliyyət göstərsələr də, müdaxilə edə bilmirlər. Həmin qumarxanalar KİV-lərin ağzını yummaq üçün də konkret adam vasitəsi ilə onların da haqqını çatdırır. Buna orta hesabla hər təşkilatdan ayda təxminən 3 min manat xərc çıxır.

Məhz buna görə də şəhərin gur yerlərində loto və həmin obyektləri reklam edən bukletlət açıq aşkar satılır”,-deyə A.İsmayılov vurğulayıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə