Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda dəhşətli avtobus qəzasında yaralı sayı 21-ə çatdı – YENİLƏNİB 2
Bakıda dəhşətli avtobus qəzasında yaralı sayı 21-ə çatdı – YENİLƏNİB 2
04 Mart 2016 / 19:24 / Baxış sayı: 1012
Font1 Font2 Font3 Font4

Yaralıların sayı arta bilər

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə, Bakıda avtobus qəzasında yaralıların sayı 21 nəfərə çatıb. Onlardan 1 nəfər ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avtobus qəzası nəticəsində 16 nəfər xəstəxanaya yerləşdirilib. Bir nəfər hazırda əməliyyatdadır, 2 nəfərin vəziyyəti ağır olaraq qalır. Yaralıların sayı arta bilər. Yaralılar arasında uşaq yoxdur.

 

 

***

 

18:14

 

Bakıda dəhşətli avtobus qəzasının ilkin səbəbi məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzaya səbəb “Toyota Prado” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxması olub. Belə ki, 90-EJ-790 dövlət nömrə nişanlı “Toyota Prado” yüksək sürətlə avtobusun arxa hissəsinə çırpılıb. Bundan sonra isə avtobus hərəkətdə olan 90 EE 706 nömrə nişanlı “Chevrolet”ə çırpılıb.

 

Hazırda hadisə yerinə gələn yol polisi əməkdaşları araşdırmalara başlayıblar.

 

***

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşın toqquşub.

 

Nəticədə bir neçə nəfər xəsarət alıb.

 

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən, 11 nəfər xəsarət alıb, ölən yoxdur. 6 nəfərə yerində yardım göstərilib. 5 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə