Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəblərdə şagirdlərdən məcburi pul yığılır- XƏBƏRDARLIQ
Məktəblərdə şagirdlərdən məcburi pul yığılır- XƏBƏRDARLIQ
04 Mart 2016 / 20:49 / Baxış sayı: 950
Font1 Font2 Font3 Font4

8 mart – Beynəlxalq qadınlar günüyaxınlaşdıqca, hər il olduğu kimi, bu il də məktəblərdə şagirdlərdən pul yığılması  məsələsi gündəmə gəlib.

Paytaxtın Xətai rayonunda yerləşən 264 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynləri  adıçəkilən təhsil ocağında ibtidai siniflərdən 20, yuxarı siniflərdən isə 30 manat yığıldığını deyirlər.

“3 övladı bir məktəbdə təhsil alan valideyn həmin məktəbə bayramda 90 manat pul verməlidir”
“Məktəbin bütün siniflərində müəllimlər üçün pul yığılır. Özü də məcburən. Mənim həmin məktəbdə 3 övladım təhsil alır, indi mən 90 manatı haradan verim? Verməyəndə də müəllimlər uşaqla üz-göz olur.

Uşağın da  pul verməyən ana, ata ilə münasibətləri korlanır. Sonra da deyirlər, şagird intihar etdi”, – deyə valideynlərdən biri bildirdi.

Xətai rayonu 264 nömrəli məktəbin direktoru isə təhsil ocağında belə bir halın yaşanmadığını söyləyir: “Mən müəllimlərlə iclas keçirmişəm. Hər kəsə də tapşırıq vermişəm ki, heç kimdən bir manat belə alınmasın. Əgər kimsə pul istəyibsə, mən bunu araşdıraram və həmin müəlliməyə qarşı tədbir görərəm”, – deyə məktəb direktoru qeyd edib.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyevanın sözlərinə görə, ümumtəhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. O bildirdi ki, hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək. Həmin tədbirlərə töhmətdən tutmuş işdən azad olunmaya qədər bütün cəzalar aiddir.
Bəzi məktəblərdə 8 martla bağlı müəllimlər üçün yığılan pul
Sovet dövründə çox nadir hallarda hansısa məktəbdə bu cür hallara rast gəlmək olardı.  Yalnız valideynin öz istəyi ilə müəllimə hər hansı hədiyyə verilirdi.

Təkcə 8 martda deyil, digər bütün bayramlarda şagirdlər müəllimlərinə müxtəlif forma və rəngdə olan açıqcalar verərdilər. Həmin açıqcada onlar müəllimlərinə arzularını yazırdılar və bu da müəllim üçün böyük hədiyyə sayılırdı.

Xarici ölkələrdə isə müəllimlərə pul vermək, onları təhqir etmək deməkdir. Məsələn,Rusiyanın Voronej şəhərində bayram günlərində, xüsusən 8 martda şagirdlər müəllimlərə ya gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirlər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə